...Əvvəl ağzından iy gəlirdi. Deyərdin, içində siçan ölüb. Keçən dəfə burasından bir iy vurdu ki! 21 yaşı var. Metistdir. Yox e, öz aralarında metamfetamin istifadəçilərinə “metist” deyirlər.
***
Narkotik vasitələr, psixotrop maddələr, onların prekursorları sürətlə yayılır və artıq 15-17 yaşlı istifadəçilər var.
Əvvəl Bakı, Sumqayıt, Xırdalan gəncləri çürüyürdüsə, indi rayonlarda, kəndlərdə də istifadəçilər çoxdur.
Biri deyir, sintetik uyuşdurucular İrandan gəlir, biri deyir, yox, daha ölkəmizdəcə hazırlanır.
İnstaqramda, feyzbukda onlarla səhifələr var ki, narkotik vasitələrin satışı ilə məşğuldur və məhsullar kuryerlərlə müştərilərə çatdırılır. Yəni, birbaşa satış yoxdur. İstifadəçi məlum kart hesabına pul ödəyir, kuryer də məhsulu əvvəlcədən təyin olunmuş yerə - zibil qutularının altına, filan divardakı dəliyə, filan blokdakı yanğından mühafizə şitinin üstünə qoyur.
Bakıda xeyli kuryer qızlar var: həm, satışdan pul qazanırlar, həm də, öz “paylarını” götürürlər.
***
Şamanlar Ayahuasca bitkisindən xüsusi çay dəmləyirlər - bu ritual inklərdə də vardı – haman çay birbaşa bəsirət gözünün – elmçilərin dilincə - epifiz vəzinin dərmanıdır. Serotonin, melatonin və DMT (dimetiltriptamin) hormonu ifraz edən epifiz vəzi təxminən şam qozasına oxşayır və iki qaşın arasında - beynin önündə yerləşir. Qaşların arasına çəkilən işarələr, məşhur göz simvolu, Vatikandakı şam qozası da epifiz vəzinə işarədir.
Melatonin və serotonin haqda hamınız bilirsiniz, DMT haqda yazmaq istəyirəm.
DMT – ruh hormonudur. Bu hormonun ifrazı doğum və ölüm anında pik həddə çatır.
Ayahuasca bitkisindən hazırlanan çay DMT ifrazını artırır və adam bir növ, özünün fövqünə qalxır.
DMT də o biri hormonlar kimi qaranlıqda – göz qapalı olanda ifraz olunur. Ruminin “Üzərlik toxumu qaranlıq çəkdi və gerçək göründü” cümləsi də üzərlikdəki DMT-yə işarədir.
Hz. İsa da “Qaranlıqda oturanlar gerçəyi görər” demişdi. Əlbəttə, bu yerdə 40 günlük çiləxana, qaranlıq və aydınlanma haqda yazmaq olar, fəqət elə bilirəm, ipucları sizə - əziz oxuculara bəsdir ki, məsələdən agah olasınız, mən də uzunçuluq eləməyim.
O zaman DMT ifrazından ötrü epifizə “barmaq eləmək” həqiqətə çatmaq, inzivalar gerçəyə yetişmək üçün idi, fəqət, vaxt ötdü, olan oldu, ölən öldü, Ayahuascaların, qaranlıqların mənası, məqsədi dəyişdi, dəyişdirildi - Metamfetamin oldu, met oldu, şüşə oldu, "patı" oldu...
Əslində, metamfetamin Yaponiyada əsgərlər üçün, onların yorulmadan döyüşməyi məqsədilə düzəldilmişdi...
Mənəvi-intellektual potensialın aşınmasına, genefondun deqradasiyasına səbəb olur. Şamanlar Ayahuasca içib həqiqətə yetişirdisə - Malışlar, Aykalar “şüşə”dən, ya “Neftçilər” dairəsinə, ya “Tarqovı”yaa, uzağı, “Qaraçuxur”a düşürlər.
Onların özlərindən-bədənlərindən imtinası tanrıda yoxolma, yaxud təbiətə qarışmaqdan ötrü idi, özlərinin fövqünə qalxıb eşqə bülənd olurdular.
Fəqət Məmmədovlar, Səfərovlar, Həsənovalar özlərini sevgisizlikdən “şüşə”yə çırpırlar, çiliklənirlər.
Bəs nə?!
Narkomanlar olsun, nə bilim, lap elə üzdəniraqlar olsun, - problem ailədən başlayır. Daha doğrusu, sevgisizlikdən.
Sonra sosial problemlər...
Və sair və ilaxır...
Sevgisiz böyüyən uşaqlar zamanla dəmşalaqda-ləlöyündə qucaq axtarırlar, orda - burda sevgi gəzirlər...
Bilmirəm, narkotik vasitələrin satışına qarşı hansı inzibati tədbirlər görülür, ümumiyyətlə, görülürmü? – Mən hiss etmirəm.
Bəlkə, məsul orqanların gücü çatmır, bəlkə, onlara nəsə mane olur?
Onu da bilmirəm, belə bir şey mümkündür, ya yox, fəqət təklif edirəm ki, haman qurumlar mənim kimi könüllü adamlarla işbirliyi qursun.
Biz könüllü dəstə kimi lazımi adamları lazımi formada, qaydalara uyğun “götürə”, lazımi yerə təhvil verə bilərik, yaxud maarifləndirmə yönlü, asılıların xilası naminə, onların cəmiyyətə - həyata qaytarılması üçün psixoloji təcrübələrə, dünyəvi tədbirlərə uyğun layihələr hazırlamaq olar: xüsusi qaydada maarifləndirmə tədbirləri, psixoloji yardımlar, müayinə-müalicə, xəstələrlə fərdi söhbətlər...
Əslində, narkomanların həbsi onların xəstəliklərinə dərman deyil, əksinə, həbsxanada şərait daha münbitdir, düşünürəm, bu adamların layiqlərini seçib, onları özümüzə qaytarmaq üçün çalışmalıyıq.
Əlbəttə, böyük riskdir, fəqət mən inanıram ki, dövlət bizim təhlükəsizliyimizi yüksək səviyyədə təmin edər, biz də o adamların şüşə*lərini sındırarıq...
Bəlkə, başqa yolu var, bilmirəm, bəlkə də, problem ayrı yerdədir, ancaq mən gördüklərimdən belənçi qənaətə gəlmişəm.
Hətta iranlı satıcı ilə alıcı kimi danışmışam və o özü bu haqda etiraf edib.
Qoy olsun işverənlik, nə bilim, bu əmələ öz aləmlərincə nə deyirlər, desinlər, mən bu yükün altına girməyə hazıram.
Əminəm ki, az vaxtda xeyli könüllü cəlb etmək olar.
Bilmirəm, özümüz cəhd etsək, sonumuz necə olar, məsləhətləşmək lazımdır, amma və lakin cəhd etmək qələbənin yarısıdır...
***
Hə, o qızı deyirdim axı...
Tamamilə çürüyüb.
Yara-xora...
Üçüncü kursdan çıxıb, o pivəxana-bu bar...
Bir qramdan ötrü onun altında, bunun üstündə...
Kulis az