Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin rəhbərliyi ilə mitinq başlayıb.
BakuPost.az yerli KİV-ə istinadən xəbər verir ki, artıq mərkəzi küçələr bağlanıb. Mitinqə minlərlə insan toplaşıb.
Şəhərin mərkəzi küçələrini 3500 polis əməkdaşı və qvardiyaçı qoruyur.