“Kosmik və kiber məkan getdikcə hərbi qarşıdurmaya daha çox cəlb olunur”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu öz çıxışında fikir bildirib. Şoyqu deyir ki, hazırda bir sıra ölkələrin silahlı qüvvələrinin tərkibində kosmik və kiber komandalar yaradılır, hansıki onların əsas vəzifəsi müdafiə yox, müvafiq ərazilərdə hücum əməliyyatları planlaşdırmaq və həyata keçirməkdir.
Rusiya müdafiə naziri yeni silahların hazırlanmasında hiper və rəqəmsal səs sistemlərindən istifadə olunduğunu, robotlaşmanın hazırda ön sıralarda yer aldığını deyib. O əlavə edib ki, bütün bunlar dünyada soyuq müharibədən daha təhlükəli sayılacaq yeni bir qarşıdurmaya səbəb ola bilər.
“Dünya sürətlə “soyuq müharibə” dövründən daha təhlükəli yeni bir qarşıdurmaya daxil olur. Bu gün yeni bir tendensiya ön plana çıxıb. Qlobal koalisiyaların yaranması, dünyanın “dost və düşmən” qütblərinə bölünməsi prosesi gedir – deyə Şoyqu vurğulayıb.
Müşviq Tofiqoğlu