Mətbuatdan bəlli olduğu kimi iyunun 23-də Lənkəranın Havzava kəndində 2 nəfərin qətli ilə nəticələnən hadisə baş verib. Cenub.az-ın araşdırmasına görə, hadisə hələ ki təfərrrüatı mətbuata açılması məqbul sayılmayan ailə münqaişəsi zəmnində törədilib.
Kənd sakini, 1981-ci il təvvəllüdlü Seymur Sərraf oğlu Şirinov aralarında yaranan münaqişə zəminində özündən bir neçə yaş kiçik olan əmisi oğlu Elmar Sərdar oğlu Fərəcova və bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevə öv tüfəngindən atəş açaraq qətlə yetirib.
Cenub.az-a verilən məlumata görə hadisə kəndin yaxınlığındakı meşədə baş verib. Öldürülənlər meşədə odun doğrayırmış. Əvvəl kəndə xəbər gəlib ki, Seymur Mahir oğlu Mirzəyevi öldürülüb. Meyit kəndə gələndə isə bəlli olub ki, gələn meyit Elmarın meytidir. Təkrar axtarışdan sonra Mahirin meyiti tapılıb.
Həm qətlə yetirən, həm də qətlə yetirilənlər evli olub. Hər birinin azyaşlı övladları var. Eləcə də hər 3-nün işsiz olduq bildirilir.
Həmçinin qeyd olunur ki, bu tayfa Havzavaya müharibə vaxt Lənkəranın Günəhir kəndindən köçürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.
Cenub.az. Zahir Əmənov