Bu gün keçmiş Dövlət Katibi, akademik Tofiq İsmayılovun doğum günüdür. Kulis.az onun haqqında maralı faktları təqdim edir.
Tofiq Kazım oğlu İsmayılov 1933-cü il iyunun 21-də Bakı şəhərində anadan olub. Atası İsmayılov Kazım Mirheydər oğlu əslən İsmayıllı rayonunun Basqal kəndindən idi. O, İkinci dünya müharibəsinin iştirakçısı, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, dövlət və partiya işçisi işləyib.
***
Tofiq İsmayılov 1941-ci il ildə Bakı şəhərində orta məktəbə gedib. Onun Kosmonavtika elminə olan marağı ağır müharibə illərindən başlayıb. 1951-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra elə həmin ildə Moskva şəhərində Qırmızı Əmək Bayraqlı Elektrotexniki Rabitə İnstitutuna daxil olur. 1956-cı ildə İnstitutu müvəffəqiyyətlə bitirərək Moskva şəhərində müxtəlif qabaqcıl müəssisələrdə əmək fəaliyyətinə başlayır və aspiranturanı müvəffəqiyyətlə bitirir.
Tofiq Kazım oğlu İsmayılov 1933-cü il iyunun 21-də Bakı şəhərində anadan olub. Atası İsmayılov Kazım Mirheydər oğlu əslən İsmayıllı rayonunun Basqal kəndindən idi. O, İkinci dünya müharibəsinin iştirakçısı, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, dövlət və partiya işçisi işləyib.
***
Tofiq İsmayılov 1941-ci il ildə Bakı şəhərində orta məktəbə gedib. Onun Kosmonavtika elminə olan marağı ağır müharibə illərindən başlayıb. 1951-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra elə həmin ildə Moskva şəhərində Qırmızı Əmək Bayraqlı Elektrotexniki Rabitə İnstitutuna daxil olur. 1956-cı ildə İnstitutu müvəffəqiyyətlə bitirərək Moskva şəhərində müxtəlif qabaqcıl müəssisələrdə əmək fəaliyyətinə başlayır və aspiranturanı müvəffəqiyyətlə bitirir.
1964-cü ildə Bakı şəhərinə qayıtdıqdan sonra müəssisələrdən birinə aparıcı mühəndis vəzifəsinə göndərilir. 2 ildən sonra Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) pedaqoji fəaliyyətə başlayaraq elektronika kafedrasının dosenti olur. 1967-ci ildən 1985-ci ilədək Tofiq İsmayılov Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində çalışıb. O, aparıcı elmi müəssisələrdən biri olan Fizika İnstitutunda Yarımkeçirici çeviricilər şöbəsində baş mühəndis vəzifəsində çalışıb, elmi işlərin aparılmasında və həmin işlərin Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yanında tətbiqi üzrə şöbənin müdiri, "Xəzər" Elmi Mərkəzinin və keçmiş Sovetlər İttifaqında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun baş direktoru, 1982-ci ildən ömrünün sonuna qədər Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifəsində çalışıb.
***
Gələcək həyat yoldaşı olacaq Lalə adlı xanımla isə onun rəfiqəsigildə tanış olurlar. Bu barədə qızı müsahibələrinin birində deyir:
“Tofiq İsmayılov ilk baxışdan Lalə xanıma vurulur. Evlənmək barədə fikrini sevdiyi qızın rəfiqəsinə deyəndə aldığı cavab belə olur: “Tofiq müəllim, sizin aranızda heç nə alınmayacaq, çünki yaş fərqiniz çoxdur”. Atam isə inadkarlıqla: “Alınacaq. Hər nə olursa olsun, mən onunla evlənəcəyəm”. Və həqiqətən də hər şey alınır. O, özünü Lalə xanıma sevdirməyi bacarır və elçilik üçün valideynlərini göndərir. Lalə xanımın anası yaş fərqinə görə qızını Tofiq İsmayılova vermək istəmir. Lakin, iş elə gətirir ki. Lalə xanımın atası ilə Tofiq müəllimin atası dost çıxırlar. Vəziyyəti belə görən Lalə xanımın anası deyir: “Vəssəlam, qız getdi”.
Qadınların öz gözəlliklərinə qarşı təbii olmalarını arzulayıb. Həmişə deyərmiş ki, qadın gözlərinə sürmə çəkməlidir – bu, həm gözəldir, həm də gözlərə faydası var.
***
Tofiq İsmayılov Kosmik Tədqiqatlar İnstitutunun rəhbəri olarkən bir qadın orda süpürgəçi işləyir. Onun qızı bir gün bərk xəstələnir. Dərman almağa pulu olmadığından dəhlizdə dayanıb ağlayır. Birdən Tofiq müəllim kabinetindən çıxıb onu görür və ağlamağının səbəbini soruşur. Bundan sonra lazım olan dərmanları alıb həmin qadına verir. Üstündə xeyli miqdarda pul və bazarlıq da edir.
***
İki yüzdən çox elmi işin müəllifidir, onlardan doxsanı ixtiradır. Onun rəhbərliyi ilə 3 doktorluq və 12 elmlər namizədi dissertasiyaları müdafiə edilib.
T.K. İsmayılov 1991-ci ilin sentyabrında Azərbaycan Respublikasının ilk Dövlət Katibi vəzifəsinə təyin edilib.
***
20 Yanvar hadisələri zamanı akademikin qızı Səbinə tələbə olur. İmtahan vaxtı olmasına baxmayaraq, tələbələrə formal qiymət yazılır. Universitetdə işləyən Vəkil müəllim adlı biri hamıya sorğu-sual etmədən qiymət yazmışdı. Növbə Tofiq İsmayılovun qızına çatanda , ona deyir, get, hazırlaş, gəl. Sonrakı gün isə ona imtahandan 3 yazır. O, Tofiq İsmayılovu hadisələrə vaxtında reaksiya verməməkdə günahlandırır. Səbinə evə gəlib atasına deyir ki, sənin qızın olduğum üçün müəllim mənə 3 qiyməti yazdı. Tofiq müəllim qızına heç nə demir, elə həmin gün Moskvaya gedir. Orada gərgin iclas keçirilir. O, 20 yanvar hadisələrində Qarbaçovu sərt tənqid edir. Bu hadisədən sonra Vəkil müəllim Səbinəyə deyir ki, gəl, qiymətini düzəldim. Amma Səbinə razı olmur.
SSRİ Ali Sovetində qadın erməni deputatlardan biri Tofiqə yaxınlaşır ki, icazə verərsiz, mən sizdən öncə çıxış edim? Tofiq də deyir ki, buyurun. Erməni arvad deyir ki, mən bilirdim ki, siz centlmensiz. Sonra da tribunadan üzünü Qorbaçova tutaraq deyir ki, xahiş edirəm, Tofiq İsmayılova söz verməyin.
***
Moskvada olanda Qorbaçov Tofiq İsmayılovla danışır. Ona nə barədəsə deyir, Tofiq bəy isə "yox-yox, mən öz xalqımı vəzifəyə satmıram". Sonradan məlum olur ki, Qorbaçov ona təklif SSRİ-nin istənilən yerində yüksək vəzifə təklif edir. Ancaq yetər ki, akademik sessiyada ermənilərin əleyhinə çıxış etməsin. Buna rəğmən Tofiq İsmayılov həmin sessiyada çıxış edir və Qorbaçovu cəllad adlandırır.
1990-cı ilin 20 yanvar hadisələrindən sonra SSRİ Xalq Deputatları qurultayında T. İsmayılov tribunaya qalxaraq 20 yanvarda Bakıda baş vermiş qanlı cinayətin baiskarlarını lənətlədi və hamıya bu qırğında həlak olmuş günahsız insanların xatirəsini yad etmək üçün ayağa qalxmağı təklif etdi. Hamı ayağa qalxdı. Bütün deputatların, qurultayın Rəyasət Heyətinin ayağa qalxdığını görən M.S.Qorbaçov ayağa qalxmağa, günahsız şəhidlərin ruhunu yad etməyə məcbur olur.
***
1991-ci il noyabrın 16-da anasının qırx mərasimi olur. 4 gün sonra isə Tofiq İsmayılov həlak olur. Akademikin bacısı həmin günləri belə xatırlayır: “19-u axşam görüşmək üçün vədələşdik. Həmin gün axşam saat 8-dən xeyli əvvəl getdim ki, Tofiqgilin binasında işıq sönüb. 12-ci mərtəbədə olurdular - pilləkənlə qalxmaq çətin məsələ idi. Bir az gözlədim ki, bəlkə Tofiq maşınla gələ, işıq yanmasa, gedək bizə. Ayın 20-si oldu... Tofiqə zəng etdim. Katibəsi dedi ki, Tofiq müəllim Ağdama gedib. İki əlimi göyə qaldırdım ki, ay Allah, sağ-salamat qayıtsınlar - iki qoç qurban kəsəcəm. Təxminən saat 3-də evə gəldim. Televizorda matəm musiqisi çalınırdı. Rafiq Hüseynov Qarabağda vertolyotun qəzaya uğramasından danışdı. Və birinci Tofiqin ad-soyadını çəkdi. Özümdən getdim. Tofiqi də digər şəhidlər kimi birbaşa Şəhriyar adına kluba aparmışdılar. Dövlət adamlarına yalvardım ki, tabutu açın, görüm ordakı doğrudan da Tofiqdi, yoxsa yox. Açmadılar...
Qızı Səbinə xanım müsahibələrinin birində deyir: “İndiyə qədər xatırlayıram ki, xəbərləri mərhum Rafiq Hüseynov oxuyurdu. Mən isə əllərimi sıxaraq soyadlarına qulaq asırdım. Ümid edirdim ki, kimsə sağ qalacaq... Atamın adını eşitdikdə hər tərəf qaraldı. Sonra mənə nə oldu xatırlamıram. Həmin günü qardaşımgildə idi, xatırlayıram ki, evə gəldikdən sonra özümü eyvandan atmaq istəyirdim. Xalam məni qucaqladı və sonralar məni gözdən qoymurdular. Onda mənim on doqquz yaşım vardı”.