Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qarşıda Bin Ladendir: Türkiyənin Baş Qərargah Rəisi də gəldi




Səbuhi Məmmədli Şərqin ən qaynar nöqtəsindən yazır


Bir qədər əvvəl Türkiyə müdafiə nazirinin baş qərargah rəisi Hulusi Akar Hatay vilayətinin Reyhanlı qəsəbəsinə gəlib və burda əsgərlərlə görüş keçirib. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, o daha sonra "Cilvəgözü" keçid məntəqəsindən Suriyaya tərəfinə keçib və orada əsgərlərlə görüşüb

Məlumata görə, hazırda İdlib ətrafında çox müəmmalı hadisələr baş verir. H. Akar hələ də burdadır, o vəziyyəti nəzarət altında saxlayır.


Dünən gecə saat 22 radələrində Türkiyə Silahlı Qüvvələrinin 120 nəfərlik kontingenti 14 tankın və zirehli maşınların müşayiəti ilə Suriyanın İdlib şəhərinə daxil olub. Bu barədə hazırda Türkiyənin Suriya ilə sərhəd Reyhanlı qəsəbəsində, Cilvəgözü keçid məntəqəsində olan əməkdaşı Səbuhi Məmmədli xəbər verib.

Əməkdaşımızın dediyinə görə, hazırda bölgədə vəziyyətin necə yekunlaşacağını heç kim dəqiqliyi ilə proqnozlaşdıra bilmir: "Suriyadakı Əsəd rejimi də daxil olmaqla Türkiyə, Rusiya və İran Astana razılaşmasına uyğun İdlibdəki terrorçu qruplaşmaları birdəfəlik məhv etmək niyyətindədi. Bir qədər əvvəl xəbər yayıldı ki, Türkiyə ordusu ən qısa zamanda Suriyanın Afrin şəhəri istiqamətindəki Bərəkət dağı adlanan ərazini ələ keçirmək istəyir. Afrin hazırda PKK-nın Suriya qolu olan PYD-nin nəzarətindədir. PYD isə ən qısa zamanda Aralıq dənizinə çıxmaq fikrindədir. Türkiyə isə bölgədə nəzarəti əlində saxlamaq və PYD-nin bu niyyətinin qarşısını almaq üçün artıq Bərəkət dağı istiqamətinə xüsusi kəşfiyyat qrupları göndərib. Bölgədə 4 dövlətin başladığı əməliyyatlar isə PYD-nin maraqlarına qəti uyğun deyil”.

Əməkdaşımızın verdiyi xəbərə görə, İdlib əməliyyatı bölgədə xeyli şayiələrin də yayılmasına səbəb olub. Gəzən söhbətlərə görə, İdlibin və ətraf regionun müdafiəsini Üsəma bin Ladenin oğlu Həmzə bin Laden öz üzərinə götürüb. 29 yaşlı Həmzənin hazırda İdlibdə olduğu deyilir. Onun əl Nüsrə və Təhrir əl Şam qruplaşmasından ayrılanlarla birgə Ənsar Əl Furkan Əl Şam adlı terrorçu qruplaşma yaratdığı barədə söhbətlər gəzir. Bir qədər əvvəl Həmzə bin Laden və tərəfdarları İdlibdə Türkiyə bayraqlarını yandıraraq bu ölkəyə müharibə elan etdiklərini bildiriblər. Hazırda bölgədə müxbirimiz də daxil olmaqla çoxlu media mənsubu var. Onlar ilk fürsətdəcə Suriya ərazisinə daxil olmağa çalışacaqlar.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10