Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Səslərin sayılması başa çatdı: Paşinyan qalib gəldi



Ermənistanın növbədənkənar parlament seçkilərində səslərin sayılması tamamlanıb.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası 21 iyun saat 08.25-də 8-ci çağırış Milli Məclisə keçən bazar günü keçirilən fövqəladə seçkilərin nəticələrini yekunlaşdırıb.
Bütün 2008 seçki məntəqəsinin məlumatları işlənib.
Səslər aşağıdakı kimi paylanıb:
1. "Vətəndaş müqaviləsi" - 53.92% (687251 səs),
2. "Ermənistan" bloku - 21.04% (268165),
3. "Şərəfim var" bloku - 5.23% (66633),
4. "Çiçəklənən Ermənistan" - 3.96% (50416),
5. "Respublika" - 3,04% (38713),
6. Erməni Milli Konqresi - 1,54% (19647),
7. "Şirinyan-Babacanyan Demokratlar Bloku" - 1,5% (19142),
8. "Milli Demokratik Qütb" - 1.47% (18767),
9. "Parlaq Ermənistan" - 1,22% (15557),
10. "5165" hərəkatı - 1.22% (15534),
11. Liberal Partiya - 1.17% (14923).
12. “Ermənilərin vətəni” - 1,03% (13115).
Qalan 13 namizəd rəqib onda bir faiz səs toplayıb.
"Vətəndaş müqaviləsi" üçün ən pis nəticənin paytaxtda olması diqqət çəkir: Yerevanda seçicilərin yalnız 41%-i Nikol Paşinyanın partiyasına səs verib. Parlamentdəki əksər yerləri o, vilayətlər hesabına əldə etməyi bacarıb.
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10