“İllərin mahnısı” layihəsindən “Ay ana, dostum evlənir” mahnısı haqda faktları təqdim edirik.
Bu gün söhbət açacağımız mahnının tarixçəsi bir az qəribə və fərqlidir. Həmin mahnının qəhrəmanları da yaşayır. Elə mahnının özü kimi...
***
Mahnının sözləri Fikrət Qocaya, bəstəsi Ruhəngiz Qasımovaya aiddir. Yəqin ki, bu məşhur mahnını tanıdınız. Tanımadınızsa, deyək: “Ay ana, dostum evlənir”. Romantik və eyni zamanda gülməli bir əhvalat nəticəsində dünyaya gələn mahnı... 1967-ci ildə yazılan bu mahnı təkcə Ruhəngiz xanımın arzusunu deyil, o zamankı gəncliyin də arzularının ifadəçisinə çevrilmişdi.
***
Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova uzun illər sonra bu mahnının tarixçəsini danışmışdı. O, qonaq olduğu “Ömrün fəsilləri” verilişində həmin mahnının onun həyat yoldaşına həsr olunduğunu etiraf etmişdi:
“2 övladım var. Artıq 52 ildir evliyəm. “Anacan, dostum evlənir” mahnısı ona yazılıb. Məni çox yaxşı başa düşür. Qapalı insandır. Mən tam əksiyəm. Hamı deyirdi ki, siz necə yaşayacaqsız, o sakitdir, sən yerində dura bilmirsən. Amma hamı gördü ki, alınır. Fikrət Qoca mənə kömək elədi. Şeiri yazdıq, mahnını hazırladıq. Sonra xasiyyəti dəyişdi, özünə güvəndi. Sonra biz bir dənə də mahnı yazdıq. “Gəlmirsən gəlmə” adlı mahnı idi. Onu da İlhamə Quliyeva oxudu. Sonra o, təşvişə düşdü, gəldi elçiliyə, nişan taxdıq. Nişandan sonra “Anacan, dostum evlənir” mahnısını yazdıq”.
***
Ötən əsrin 60-cı illərində gənc xanım bəstəkar Ruhəngiz Qasımova gənc bioloq Vasif Süleymanovla tanış olur. Bu tanışlıq daha sonra sevgi müstəvisinə də çıxır. Lakin xaraktercə utancaq və çəkingən olan Vasif bəy hislərini bildirməyə gecikirmiş. Belə olan təqdirdə Ruhəngiz xanımın da ürəyi üzülür və sevdiyi oğlanın ona “açılmasını” gözləyirmiş. Gözləmək isə çıxış yolu deyilmiş. O zaman səhnəyə Ruhəngiz xanım çıxır və məsələni həll etmək üçün qollarını çırmalayır.
***
Ruhəngiz xanım müsahibələrinin birində deyir ki, o vaxt AzTv-də işləyəndə onun özü də, ətrafı da gənclərdən ibarətmiş: Həsən Turabov, Həsən Məmmədov, Həsən Əbluc... Onlar bir yerdə bulvara gəzməyə çıxır, əylənir, zarafatlaşırlarmış. Ruhəngiz xanımın münasibətdə olduğu gənc bioloq bundan xoşlanmır və qanı qaralırmış. Ruhəngiz xanım ona kəskin bir şey deyib:
“Əzizim, mənim həyatım budur və belə də olacaq. Sən məni qəbul edirsənsə, onları da qəbul etməlisən”. Gənc bioloq deyir:
“Nə danışırsan, yoldaş bəstəkar...”
Ruhəngiz xanım gənc bioloqun dediyini bu cür analiz edir: “Və o, sözünün əsiri oldu”. Bu o demək idi ki, gənc bioloq Ruhəngiz xanımın həyatına təslim olur.
***
Ruhəngiz xanımla Fikrət Qoca AzTv-də birgə işləyirdilər. Hətta ilk mahnılarını da orda ərsəyə gətirmişdilər: “Günəşi gözləyirik”. Ruhəngiz xanım sevdiyi oğlanın utancaq olduğunu görür və başa düşür ki, bu oğlan sevgisini etiraf edəcək cəsarətdə deyil. O vaxtlar Fikrət Qocayla bir redaksiyada çalışan Ruhəngiz xanım məsələni Fikrət Qocaya danışır. Fikrət Qoca maraqlı bir təklif irəli sürür: “Gəl bir şeir yazım, ona mahnı bəstələ, ondan sonra oğlan sənə ürəyini açacaq”. Ruhəngiz xanım təkliflə razılaşır və beləliklə, bu mahnı ortaya çıxır:
Ay Ana , Ay Ana, Ay Ana
Dostum evlənir
Bir gözəl, Bir gözəl, bir gözəl
Çiçək dərir...
Anacan , Anacan, Anacan
Mənim də gözüm,
Qonşuda, qonşuda, qonşuda
Çiçək görür.
- nəq -
Anacan özün fikirləş
Necə deyim ki sənə
Deməyə utanıram, ürəyimi görsənə?!
2 ci bənd
Səndən ayrılanda düşünürəm ki
Anam evdə qalıb o yenə təkdir
Ay Ana, mehriban gözlərin deyir,
Bu qoca vaxtımda kömək gərəkdir...
Anam, ay gözümün işığı Anam
Bir vaxt deyərdin ki, oğlum boy atsın
Evdə gəlin səsi məni oyatsın...
***
Bu mahnının Ruhəngiz xanımın şəxsi həyatında xüsusi yeri oldu. Ən dəqiqi isə budur: bu mahnı bir vaxtlar xanım bəstəkarın könül verdiyi insana həsr elədiyi üçüncü mahnı idi. Bundan əvvəl Elmira Rəhimovanın ifasında “Utancaq oğlan” və İlhamə Quliyevanın ifasında “Gəlmirsən, gəlmə” mahnıları meydana çıxmışdı. Hamısı da ünvanlıydı – gənc bioloqun nə vaxtsa ürəyini açmağına hesablanmışdı. Rühəngiz xanımın dediyinə görə, “Gəlmirsən, gəlmə” mahnısını İlhamə Quliyeva elə oxumuşdu ki, sevdiyi oğlan əsməcəyə düşmüşdü. Daha sonra isə xanım bəstəkar deyib: “Bu mahnılardan sonra Vasif bir balaca ayıldı”.
***
“Ay ana, dostum evlənir” mahnısı artıq bu mahnıların son akkordu idi. Artıq xanım bəstəkar məsələnin ciddiləşdiyini və evlənmə vaxtının gəlib çatdığını vurğulamaq istəyirdi. Və burda da Ruhəngiz xanımın köməyinə Fikrət Qoca çatır. Onlar bir yerdə bu mahnını ərsəyə gətirərək gənc bioloqa növbəti “zərbə”ni endirirlər. Fikrət Qoca müsahibələrinin birində mahnı haqqında danışarkən zarafatla bunu da deyir: “Ruhəngizi ərə vermək üçün mən çox canfəşanlıq eləmişdim”.
***
Ruhəngiz xanım daha sonra müsahibələrində mahnı haqqında danışarkən deyib:
“Mahnının yükü var, elə-belə söz yığını deyil. Qafiyə naminə yazılan şeir deyil”.
Fikrət Qoca isə bunları söyləyib:
“Hər söz mahnıya yatmır. Bu sözlər mahnıya sığal çəkib”.
***
Ruhəngiz xanım mahnını Rəşid Behbudova təqdim edir. Çoxdan, 1962-ci ildən dostluq münasibətləri olan hər iki sənətkarın yeni işi də maraqla qarşılanacağı şübhəsiz idi. Rəşid Behbudov Mahnı teatrının açılışında bu mahnını repertuarına salacaqdı...
***
Lakin mahnının hazırlıq mərhələsi uzun çəkir. Fikrət Qocayla Ruhəngiz xanım bu mahnı üzərində nə az, nə çox, düz 2 il işləməli olurlar: 1964-cü ildən yazılan mahnı 1966-cı ildə üzə çıxır. Mahnının bu qədər uzanmasına səbəb isə Rəşid Behbudov idi. O, hər mahnıya olduğu kimi bu mahnıya da tələbkar yanaşır və nəticədə, ortaya gözəl bir işin çıxmağını istəyirdi.
Rəşid Behbudov “Ay ana, dostum evlənir” mahnısına da xüsusi həssaslıqla yanaşmışdı... Fikrət Qoca Rəşid Behbudovun həssaslığına münasibət bildirərkən deyir ki, o qədər şirin və xoşagələn insan idi, onun xətrinə dəymək istəmir, hər dediyini eləyirdim. Ruhəngiz xanım isə mahnının uzun və məşəqqətli hazırlıq dövrünü xatırlayarkən deyib: “Biz Fikrətlə bu mahnının o qədər variantları üzərində çalışmışdıq ki, o variantları kitab eləsək ortaya musiqili komediya çıxardı”.
***
Beləliklə, mahnının ilk ifaçısı SSRİ xalq artisti Rəşid Behbudov olur. Özü də əsasını qoyduğu Mahnı Teatrının açılış mərasimində... Bu ifadan sonra mahnı məşhurluq kartını əlinə alıb diyar-diyar gəzməyə başlayır. Rəşid Behbudov bu mahnı haqqında Mübariz Tağıyevlə söhbətində deyibmiş ki, əgər üç dəqiqəlik bir mahnının içində dramaturgiya yoxdursa, o mahnı deyil.
***
Mahnının səsləndiyi növbəti ünvan: nikah masasında gənc xanım bəstəkar və gənc bioloqun olduğu toy mərasimi. Ruhəngiz xanım uzun və məşəqqətli yollardan sonra nəhayət ki, istəyinə çatır və gənc bioloqun ürəyinin buzlarını açmağa müvəffəq olur. “Ay ana, dostum evlənir” artıq öz missiyasını başa vurmuşdu: iki gənci evləndirmişdi, özü isə başqa gənclərin evlənməsi üçün münbit şərait yaratmış, gündən-günə şöhrətin zirvələrinə qalxmışdı...
***
Ruhəngiz xanım uzun illər sağlam və ilk gənclik təravətini qoruyan evliliklərindən bəhs edərkən həm də bunu da vurğulayıb:
“Mən o mahnıdan sonra hələ o səviyyədə mahnı yazmamışam”.
Bu mahnı Ruhəngiz xanımın tək şəxsi həyatında dönüş nöqtəsi olmamışdı. Həm də SSRİ miqyasında tanınan məşhur ifaçı Rəşid Behbudov bu mahnını ilk oxuyan ifaçılardan oldu. 26 yaşlı bəstəkar üçün bu çox böyük uğurdur.
***
Rəşid Behbudovun bu mahnını ifa etməsi ilə bağlı maraqlı bir fakt var. Deyilənə görə, hər dəfə qastrol səfərlərində “Anacan, dostum evlənir”i oxuyan sənətkar zaldakı anaları axtarıb tapır və bu mahnını onlara müraciətlə oxuyurmuş. Bu jesti və maraqlı performansı sayəsində tamaşaçıların rəğbətini qazanırmış...
***
Bu mahnı o dövrün yeni evlilərinin musiqi simvoluna çevrildi və Ruhəngiz xanım da bu mahnıyla bərabər parlamağa, şöhrət zirvəsinə qalxmağa başladı. Mübariz Tağıyevin dediyinə görə, vokalçılar üçün bu mahnı dərsliyə çevrilib:
“Çətin mahnıdır, hər kəs oxuya bilməz”.
Hətta Mübariz Tağıyev etiraf edib ki, bir dəfə bu mahnını oxumağa cəhd edibmiş, lakin nəticə xoşuna gəlmədiyi üçün üzə çıxarmayıb və bir daha həmin mahnıya geri qayıtmayıb. Qəribədir ki, Mübariz Tağıyev kimi bir çox ifaçı da bu mahnıya toxuna bilməyib.
Hardasa bir 30 il “Anacan, dostum evlənir” ifaçısını tapmadı. Görünür, Rəşid Behbudovun sağlığında bu mahnını ifa etmək risk tələb edirdi. Çünki Rəşid Behbudovun ifası möhürünü vurmuşdu və heç kim cəsarət tapıb onun ifasının qabağına çıxa bilmirdi. Nəhayət, uzun illərdən sonra, 90-cı illərdən sonra bu mahnının yeni versiyaları üzə çıxdı. Virtuoz qarmon ifaçısı Ənvər Sadıqov “Anacan, dostum evlənir”i fərqli, özünəməxsus çalarlarla təqdim etməyi bacardı və mahnını yenidən sevdirdi. Daha sonra bu mahnının ifaçısı Abbas Bağırov oldu.
***
Nə vaxtsa bir sevgili üçün yazılan bir mahnının uzun illər seviləcəyi və dildən düşməyəcəyi də qəribə bir hadisədir... Yəqin ki, bəstəkar Ruhəngiz Qasımova da mahnının bu cür tale yaşayacağını təxmin etməmişdi...
Kulis.az