
“Yeni Sabah” xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov deyib. AMİP liderini sərt tənqid edən İsmayılov bildirib:
“Etibar Məmmədov qədər bu xalqın etibarına xəyanət edən ikinci bir şəxs olmayıb. Azərbaycan Xalqı onu Qəhrəman görmək istədi, o isə “prorab” olmağa üstünlük verdi. 1993-cü il ilin iyun ayında rusun əlaltısı olan Sürət Hüseynovla birlikdə dövlət çevrilişinin ən aktiv iştirakçısı olan birisinin bu gün danışmaq haqqı yoxdur, qaldı ki, rəhmətlik Əbülfəz Elçibəyə hansısa irad tutmaq”.