Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məleykə Abbaszadənin həbsi qaçılmazdır-SAXTA QƏBULLAR



Mətbuatda yayılan məlumata görə  Səhiyyə Nazirliyi tərəfindən tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində 142 saxta diplom aşkarlanıb.

Bu məluamatı  oxuyanda yadıma  keçmiş səhiyyə naziri  Əli İnsanovun məhkəmədə dediyi  fikirlər  düşdü:
“ Mən Məleykə Abbaszadədən soruşmaq istəyirəm ki, 12 balla Tibb universitetinə necə girmək olar”.
Söhbət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ( TQDK ) sədri Məleykə Abbaszadədən gedirdi.
O zaman Əli İnsanovun vəkili onu da qeyd edirdi ki, TQDK sədri Məleykə Abbaszadə  Əli İnsanov barəsində  MTN-ə məktub yazılıb və  həmin məktub sabiq nazirin həbsinə rəvac verən fakt kimi tanınıb.  
Baş verən hadisələrə  bugünkü  prizmadan yanaşanda çox mətləblərə aydınlıq gəlir.
 
Bəli, həmin illərdə  TQDK-nın keçirdiyi qəbul imtahanlarına  ancaq  MTN əməkdaşları nəzarət edirdi.  Və hər iki qurum birləşərək  qəbul imtahanında  milyonlar qazanırdı.
Hətta  12 bal toplamağa savadı çatmayan abituriyentlər  saxta yüksək balla   ATU-ya, BDU-nun hüquq fakültələrinə qəbul olunurdu. Əli İnsanov məhkəmədəki çıxışında məhz bunları nəzərdə tuturdu.
Bu gün MTN ləğv olunub, keçmiş nazir Eldar Mahmudov vəzifədə deyil. Deməli, Məleykə Abbaszadə ilə Eldar Mahmudov cütlüyünün qaranlıq əməllərinin  açılması üçün imkan var.
Sadəcə ortada yuxarının razılığı  olmalıdır. Məleykə Abbaszadə tələbə qəbulundan milyonlar qazanıb. Bu məsələ ciddi yoxlanılarsa, xanım Abbazadənin həbsi qaçılmaz olar. Nuh.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10