Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şərq qapısı”nın sabiq Baş redaktoru niyə həbs olundu? – Xanıma hörmətsizliyinin “günah keçisi”


“Şərq qapısı”nın sabiq Baş redaktoru niyə həbs olundu?
Naxçıvan MR-nın rəsmi orqanı “Şərq qapısı” qəzetinin sabiq Baş redaktoru Tural Səfərov dünən kiçik diyara çağırılaraq həbs olunub.

Ovqat.com-un məlumatına görə, jurnalisti Naxçıvan aeroportundakı qanunsuzluqları tənqid etdiyi üçün bu cəzaya layiq görüblər.

Bildirilir ki, Tural Səfərov aeroportda üzləşdiyi problemlə bağlı facebook səhifəsində status paylaşıb. Bu da Muxtar Respublikanın rəhbərliyinə xoş gəlməyib. Onu görüşmək adı ilə təcili Naxçıvana çağırıb, qoluna vurublar.

Mənbəmizin iddiasına görə, aeroportla bağlı tənqidi status əslində Tural Səfərovu həbsə aparan bəhanədir. Həbsin əsl səbəbinin isə daha dərin qatları var. Belə ki, Tural Səfərov “Şərq qapısı” qəzetinə rəhbərlik etdiyi dövrlərdə - 2017-ci il 21 fevral tarixində Mehriban xanım Əliyeva Azərbaycanın I vitse-prezidenti təyin olunur. Tural Səfərov da rəsmi sayt rəhbəri kimi həmin xəbəri manşetdən verir. Bu “özbaşınalıq” Naxçıvan MR-də birmənalı qarşılanmır. Tural Səfərovu o zamanlar Naxçıvan Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov yanına çağırıb danlayır. Ona xanım barədə bir daha bu cür təbliğedici materiallar dərc etməməyi məsləhət görür. İkili arasında mübahisə çıxır və Tural Səfərov tutduğu vəzifədən azad olunur.

Maraqlıdır ki, qeyri-rəsmi çəkildə işdən uzaqlaşdırılan Tural Səfərovun yeri hardasa iki ay boş qalır. Nəhayət, onun yerinə adam tapılır və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talibovun 17 aprel 2017-ci il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetininin mətbuat xidmətinin rəhbəri Mehriban Paşa qızı Sultanova qəzetin rəhbərliyinə gətirilir.

Muxtar Respublikada öz hüquqları uğrunda mübarizə nəticə verməyincə Tural Səfərov Bakıya gəlir və baş verənləri ən yuxarı instansiyaya çatdırır. Yuxarı instansiyalar məlumatı araşdırır və Tural Səfərovun haqlı olduğu müəyyənləşdirilir. Məhz bundan sonra mərkəzi hakimiyyətin Sərəncamlarına qarşı üsyan kimi dəyərləndirilən bu hadisənin dərhal cəzalandırılması Naxçıvan MR qarşısında birmənalı tələb kimi qaldırılır. Məlumata görə, Muxtar Respublikanın uzun müddət bu tələb qarşısında ayağını yerlə sürüməsi paytaxtın səbr kasasını doldurur və sonunda muxtar iradə döşəyə dəsmal atmalı olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 20-də imzaladığı Sərəncamla Əli Həsənov da tutduğu vəzifədən kənarlaşdırılır. Başqa sözlə desək, “xan”ın xanıma hörmətsizliyinin ikinci günah keçisi də Əli Həsənov olur.

İddialara inansaq, elə o vaxtdan bəri Tural Səfərovu cəzalandırmaq üçün jurnalistin fəaliyyətində “quş” axtaran Naxçıvan MR hakimiyyəti sonunda bəhanəni tapır. Tural Səfərov məxfi məkan barəsində “dövlət sirrini” yaydığına görə dünən kiçik torpağa çağırılaraq qandallanır. Bu da xanıma qarşı nəzakətsizliyin 3-cü keçi qurbanı kimi Muxtar Respublikanın müasir tarixinə düşür 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10