ABŞ Prezidenti Co Baydenin mətbuat tərəfindən canlandırılan obrazının həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Həm bizim, həm də hətta ABŞ mətbuatı tərəfindən canlandırılan prezident Bayden obrazının həqiqətlə heç bir əlaqəsi yoxdur. Prezident Bayden gümrah görünür. Biz onunla iki saat, bəlkə bir az da çox göz-gözə danışdıq. O, vaxtaşırı qeydlərinə baxırdı. Biz hamımız belə edirik”, - Putin vurğulayıb.
Rusiya Prezidenti amerikalı həmkarını peşəkar adlandırıb: “Bayden peşəkardır. Heç nəyi nəzərdən qaçırmamaq üçün onunla çox diqqətli işləmək lazımdır. Sizi əmin edirəm ki, o, heç nəyi nəzərdən qaçırmır”.