Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı qazi bu gün şəhid oldu.


Masallı şəhər İsgəndərli ərazisindən olan qazi bu gün şəhid olub

Cenub.az Unikal.org-a istinadən xəbər verir ki, ağır vəziyyətdə olan Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin səylərinə baxmayaraq bu gün dünyasını dəyişib.

Qeyd edək ki, təxminən 2 həftə öncə komaya düşən Vətən Müharibəsi qazisi Zeynal Şahhüseynov Bakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alırdı.

Xatırladaq ki, Zeynal Şahhüseynov müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanıb.

Allah rəhmət eləsin!





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10