Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Deputat övladları nə ilə məşğuldur?



Bu günlərimizdə ən çətin iş hər hansı deputat, yaxud onun övladları haqqında xoş söz yazmaqdır. Qınanılası da deyil.  Çox vaxt eşitmişik ki, filan deputat filan yerə qəsb elədi, filan deputat filankəsin mülkün çırpışdırdı. Masallının, konkret  desək, 70 saylı DSK-nin deputatı Məşhur Məmmədovun timsalında isə son vaxtlar qəribə və nümunəvi mənzərələrlə rastlaşırıq. Deputat, yaxud övladları gah yüzlərlə adama yardım edir, gah istedadlara dayaq duyur,  gah uşaq bağçası tikir, gah... 

Elə həmin deputatın övladları da xeyirxah əməlləri ilə ataya başucalığı gətirirlər.

Bu gün, 15 iyun 2021-ci ildə, Qurtuluş Günündə Masallı Rayonunun İcra Başçısı Şahin Məmmədovun uşaq bağçasının açılış mərasimindəki çıxışında da bu xüsusi ilə vurğulandı. Ş. Məmmədov çıxışında bildirdi ki, son vaxtlar H. Əliyev Fondunun təşəbbüsü  ilə rayonumuzda bir neçə uşaq bağçası inşa edilir. Müsbət  haldır ki, bu uşaq bağçalarından 2-ni gənc iş adamları, millət vəkili Məşhur Məmmədovun övladları Mədinə Şahbazova (şəhər 1 saylı Uşaq bağçası) və Məntiq Şahbazov (4 saylı Uşaq bağçası) inşa edir.


Daha sonra gənc iş adamları- Mədinə xanım Məntiq bəy də çıxış etdilər.  Şəhər 4 saylı uşaq bağçası üçün 140 yerlik uşaq bağçasının təməlqoyma mərasimində H. Əliyev Fondunun  məsul işçisi Soltan Məmmədov, Millət Vəkilləri Məşhur Məmmədov Anar isgəndərov, şəhid anası Ziba xanım da çıxış etdi.

İcra başçısı çıxışında onu da bildirdi ki, ilin sonuna kimi Masallıda daha bir neçə uşaq bağçasının təməlqoyma mərasimi nəzərdə tutulub.

Arzu edək ki, digər millət vəkillərinin və icra başçılarının da övladları belə xoş nümunələr göstərsinlər.

Sabaha böyük ümidlərlə, inanırıq ki, tezliklə belə soraqları da eşidəcəyik.

Cenub.az. Faiq Hüseynzadə






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10