
İyunun 14-də NATO-nun Brüsseldəki qərargahında mətbuat konfransında Baydendən Navalnının mümkün ölümü haqda soruşublar. O, iyunun 16-da Cenevrədə rusiyalı həmkarı Vladimir Putinlə görüşməlidir.
Bu ayın əvvəlində ABŞ-ın NBC News televiziyasına müsahibəsində Putin Navalnının 32 aylıq məhbəs həyatını salamat başa vuracağına təminat verə bilməyib. Putin iddia edib ki, Navalnı “həbsxanada olan istənilən adamdan pis münasibət görməyəcək”.
Baydensə iyunun 14-də deyib: “Navalnının ölümü Rusiyanın təməl fundamental insan hüquqlarına əməl etmək niyyəti olmamasının daha bir əlaməti olar. Bu, bir faciə olar, dünyanın qalan hissəsi və mənimlə münasibətlərə zərbə vurar”.
Navalnı ötən avqustda zəhərlənib. Özü və tərəfdarları bunun Putin tərəfindən sifariş olunduğunu deyiblər. O, apreldə 24 günlük aclıq aksiyası keçirib və bu zaman onun ölə biləcəyi ilə bağlı qorxular güclənib. Navalnı ötən həftə həbsxana xəstəxanasıdnan kamerasına köçürülüb.