Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabaddakı olayda iştirak edənlərin cəzalandırılması əksəriyyətin tələbidir- VİDEO/FAKT


Cəlilabaddakı olayda iştirak edənlərin cəzalandırılması əksəriyyətin tələbidir- VİDEO/FAKT
Son bir neçə gündür ki, sosial şəbəkə istifadəçilərindən bəziləri əslən Cəlilabad rayonundan olan, amma Bakı şəhərində yaşadığı bildirilən Mahmudov Rəşad Qurban oğlunun üz-üzə qaldığı xoşagəlməz olayı müzakirə edirlər. Düzdür, baş verən olayla bağlı zərərçəkən tərəfə və hadisəni törədən şəxsin əməllərinə bu gün haqq qazandıran da, hər iki tərəfi ittiham edə də tapılır. Baş verən xoşagəlməz olayla bağlı redaksiyamıza müraciət edən Rəşad Mahmudov adlı şəxs bildirir ki, “23 may 2021-ci il tarixdə həyat yoldaşımı Naftalan şəhərində fəaliyyət göstərən “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”nə apardım ki, bir neçə gün ərzində onun müalicə işlərini həyata keçirək. Həmin vaxtlarda həmyerlimiz, əslən Cəlilabad rayonundan olan Rizvanlı Toğrul Rizvan oğlu da “Naftalan Müalicə və Sağlamlıq Mərkəzin olur. Sən demə o, bu müalicə mərkəzinə üz tutan xanımlara “göz qoyur” və onların əlaqə nömrələrini asanlıqla əldə edir. Belə bir işlərdə Toğrul adlı şəxsə “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”ndə çalışan xanımlardan biri dəstək olur. Qeyd edim ki, həyat yoldaşımı 14 gün ərzində müalicə etdirmək məqsədilə ora apardığım vaxtlarda, mərkəzdə çalışan xanımlardan biri həyat yoldaşımdan mobil telefonunu alır və o, kiməsə zəng edib “Gəl məni evə apar” deyir. Bir gün sonra həmin nömrədən həyat yoldaşıma zəng olunur və telefon zəngi zamanı həmin şəxs bildirir ki, “Toğruldur, siz məni tanıdınızmı?”. Həyat yoldaşım cavabında “Mən Toğrul adlı şəxs tanımıram” deyir. O halda həmin şəxs “Dünən sizin nömrənizdən mənə zəng gəlmişdi” dedikdə, həyat yoldaşım ona “Sən məni narahat etmə, beş övlad anasıyam, mənə zəng etmə, problem yaşaya bilərsən” cavabını verir. Bir neçə gündən sonra həmin şəxs həyat yoldaşıma bir daha zəng edir, o halda həyat yoldaşım həmin şəxsə “Mən sizə xəbərdarlıq etmişdim, mənim sizin boyda oğlum var” deyib telefonunu qapadır. Artıq vəziyyət o həddə qədər gəlib çatır ki, həyat yoldaşım baş verənləri mənə danışmalı olur. İyun ayının 4-dən 8-nə kimi zəng etsəm də, həmin şəxsə zəng çatmadı. İyun ayının 8-i günü Toğruldan zəng gəldi və o, mənə bildirdi ki, “Siz 16 dəfə mənə zəng etmisiniz”. Onun belə bir sualının cavabında bəli, mən sizə zəng etmişəm və adım Rəşaddır, sizinlə necə görüşə bilərəm deyə ona sual etdim. Belə bir sualımın cavabında o, “Mən Cəlilabaddayam və iki günə Bakıya gələcəyəm” dedi. Cavabımda bildirdim ki, mən gəlib sizinlə görüşərəm və bu məqsədlə ailəmi götürüb Cəlilabada getdim. Toğrul adlı şəxs məni rayondakı Şəhidlər Xiyabanının qarşısında qarşıladı və çox keçmədi ki, ətrafımıza təqribən 20-30 nəfər toplaşdı. Düzdür, həmin vaxt o, məni maşınına əyləşməyə təkid etsə də, onun maşınına əyləşmədim. Mən də onu maşınıma əyləşməyə təkid etsəm də, o da mənim maşınıma əyləşmədi. Belə olan halda ona maşının yan tərəfinə keçməyi bildirdim və həyat yoldaşımı göstərib dedim, bu qadını tanıyırsanmı? Həmin vaxt Toğrulun rəngi dəyişdi və mənə bildirdi ki, “Onu bir bacı olaraq narahat etmişəm, üzürlü hesab edin”. Toğrulun belə bir davranışına cavab olaraq qeyd etdim ki, indiki belədir, gedək sizin evə, mən bilim ki, sən mənim həyat yoldaşımı bir bacı kimi narahat etmisən. Toğrul belə bir təklifimə razı olmadı və evlərinə getməkdən imtina etdi. Yəni, söhbətimiz üstüstə düşmədiyindən belə bir razılığa gəldik ki, kənar bir yerə çıxıb söhbətimizi davam etdirək. Elə ki, yolboyu hərəkətə başladıq, o zaman o, əlindəki telefonla kimlərəsə işarə verdi və arxamızca 4-5 maşın adam gəldi. Bir qədər yol getdikdən sonra Bakı-Cəlilabad magistral yolunda Uzuntəpə adlanan bir küçə var, həmin küçədə dayanmalı olduq. Elə ki, maşından düşüb söhbətə başladıq, o halda gördüm ki, ətrafımızda təqribən 25-30 nəfər adam var. Hiss etdim ki, həmin şəxslər Toğrulun tanışlarıdır. Elə ki, maşının yanında durub Toğrulun qardaşı ilə söhbətə başladım, həmin an məni vurdular. Amma, xəbərim olmadı ki, məni kim vurdu, yaxud da necə vuruldum. Yalnız həyat yoldaşımın “Onu vurmayın, onun heç bir günahı yoxdur” sözlərini eşidirdim. Bildirim ki, həmin anlarda həyat yoldaşım da yıxılmışdı, ürəyi getmişdi, dizləri xəsarət almışdı. Onun bədən xəsarətləri alması ilə bağlı bizdə lazımi ekspert sənədləri var. Bir də onu xatırlaya bilirəm ki, yaxınlıqdan bir kişi qışqıraraq polisə zəng etdi və onu bildirdi ki, burada adam başı kəsirlər, bir ailəni məhv edirlər. Çox keçmədi ki, post-patrul xidmətinin əməkdaşları bizə yaxınlaşdılar və bizi polis şöbəsinə apardılar. Həmin vaxt bizi rəis müavini hörmətlə qarşıladı və mənə “Səni döyən şəxsləri tanıyırsanmı?” deyə sual etdi. Cavabımda bildirdim ki, tanımıram, amma həmin şəxslər ora Toğrula görə gəlmişdilər dedim. Dərhal rəis müavini əməliyyatçlara, təhqiqatçılara “Bu şəxsi döyənləri tapın gətirin” deyə tapşırıq verdi. Qeyd edim ki, ailəmin gözləri önündə döyülməyimlə bağlı şəkillər, ekpert rəyləri və digər zəruri sənədlər var. Bunları ictimailəşdirməkdə məqsədim, mənə və həyat yoldaşıma xəsarət yetirən şəxslərin cəzalandirılmasına nail olmaqdır. Ona görə də ilk növbədə cənab Prezidentdən, prokurorluq və daxili işlər orqanı əməkdaşlarından kömək istəyirəm və onu bildirirəm ki, bizə xəsarət yetirən şəxslər azadlıqdadırlar. İstərdim ki, həmin şəxslər atdıqları addımlarına görə lazımi cəzalarını alsınlar. Çünki, onlar məni ailəmin gözləri qarşısında döydülər, hüquqlarımı tapdaqlar altına atdılar”.

Baş verən belə bir olayla bağlı əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, Rəşad Mahmudovun şikayəti əsasında polis şöbəsinə çağırılıb izahatı alınan Toğrul adlı şəxs, indi də polis əməkdaşlarını hədəfə almaq qərarına gəlib. Yəni, o, polis şöbəsinə çarıldıqdan sonra orda-burda müxtəlif şaiyələr yayır ki, “polis şöbəsində təzyiqə məruz qaldım, döyüldüm, mənə bədən xəsarəti yetirdilər”. Əslində, belə bir addımın atılması qol qoyulan cinayət əməlinə don geydirməyə çalışmaqdan başqa bir şey deyil. Çünki, belə bir məsələdə polis əməkdaşları üzərinə düşən vəzifəni qanuni əsaslarla yerinə yetirirlər. Toğrul adlı şəxs isə, sanki “saman çöpü”ndən tutub, bəlkə də özünü təmizə çıxarmaq niyyəti güdür





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10