
"Cenub.az"ın Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad rayonunun Göytəpə şəhərində qeydə alınıb.
Belə ki, Göytəpə şəhər sakini, 1991-ci il təvəllüdlü Əkbərov Cavid Cahangir oğlu yaşadığı evinin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.
Hələlik intiharın baş vermə səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.