Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı əsilli, 16 yaşlı Aysel Həşimzadə dünya birincisi oldu


Ata babası, rəhmətlik Həşimov Şakir Qəyyum oğlu. Qodman kəndi.

Ana babası, rəhmətlik Ramiz İslamoğlu. Masallı şəhəri.


Cenub.az-a daxil olan məlumata görə, Aysel Həşimzadə 2005-ci ildə Bakı şəhərində anadan olub.

İbtidai təhsilini 299 saylı məktəbdə alıb.

5-ci sinifdən isə təhsilini Heydər Əliyev adına Müasir Təhsil Kompleksində davam etdirib. Hal-hazırda bu məktəbin X sinif şagirdidir.

Ayselin uğurları 7-ci sinifdən başlayıb

Belə ki, hələ 7-ci sinifdə oxuyarkən Məktəblilərarası respublika IV fənn müsabiqəsində iştirak etmiş və biologiya fənni üzrə III yerə layiq görülərək bürünc medal qazanmışdır. 

Bu uğur sayəsində məktəblilərin Beynəlxalq Biologiya Olimpiadasına hazırlaşdırıldığı Junior komandasının tərkibində olmaq hüquq qazanıb. 

1 il burada əlavə təhsil alaraq imtahan vermiş və Senior komandasına seçilmişdir. 

Zirvəyə gedən yol – maksimal -100 bal və 1-ci yer

2021-ci ildə Aysel Beynəlxalq STEM Olimpiadasında iştirak etmək üçün məktəbin keçirdiyi imtahana qoşularaq seçilmiş sırasına düşmüş və biologiya fənni üzrə qeydiyyatdan keçmişdir. 

Birincisi fevralın 20-si, digəri mayın 23-də olmaqla 2 mərhələdən keçmiş və Dünyada biologiya fənni üzrə X siniflər arasında ən yüksək nəticəni toplayaraq (100.000) 1-ci yerə layiq görülmüşdür. Xatırladaq ki, Aysel Həşimzadənin qatıldığı bu yarışmada Almaniya, Fransa, Kanada, Rusiya, Türkiyə, Ukrayna daxil 50-dən artıq ölkəninin təmsilçisi iştirak edirdi.

Ayselin bu vaxtadək uğurları

Təhsil aldığı müddət ərzində beynəlxalq miqyasda olimpiadalar və layihələrdə iştirak edərək bir sıra diplom və sertifikatlarla təltif olunmuşdur:

1. "Ana dilimizi sevək və sevdirək" şeir müsabiqəsində I YER

2. Ümummilli Lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş intellektual yarışda III YER

3. MTK-da keçirilmiş Ulu öndər Heydər Əliyevin 97-ci ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsində I YER

4. Riyaziyyat-İnformatika fənləri üzrə elmi konfransda I YER

5. Beynəlxalq Purple Comet Math Meet Riyaziyyat Olimpiadasında I YER

6. "Фоксфорда" Beynəlxalq Olimpiadasında II YER

7. "Mən fransız dilində danışıram" müsabiqəsində fəal iştiraka görə sertifikat

Qarşıdakı hədəflər

16 yaşlı Aysel Həşimzadə artıq ingilis və fransız dillərində sərbəst danışır və yazır.

Biologiya üzrə yaşıdları arasında dünya birincisi olduqdan sonra ona Avropanın 2 məşhur təhsil ocağına təqaüd alıb.

Bunlar: International Game College (Switzerland) və German International College (Germany)

Lakin bunlar hələ son deyil. Ayselin orta təhsilini başa vurmasına hələ bir il var. Qarşıda daha ciddi yarışmalar var. Yəqin ki, onu öz sıralarına qatmaq istəyən ali məktəblər daha çox olacaq. Ayselin baş hədəfi isə həyatını Tibb elminə həsr edib Beyin Cərrahı omaqdır.

Biz isə Ayseli təbrik etməklə yanaşı, inınırıq ki, o, arzuladığından da uca zirvələrə qovuşacaq. Ayselin xüsusi istetdadlı gənc olduğuna isə onun ən tələbkar müəllimləri də şübhə etmir.

Fidan Abbaslı. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10