Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda küçələr yenə asfaltlanır


Bu dəfə 22 küçə asfaltlanacaq

Son 3 ildə Masallı şəhəri üzrə şəhərdaxili küçələrin asfaltlanmasında nəzərə çarpacaq dərəcədə uğurlu işlər görülüb. 2018-ci ildə 30 küçənin asfaltlanmasından sonra, 2020-ci ildə 18 küçənin sakinlərin rahat, asfaltlanma fərəhini yaşadılar. Bu günlərdə isə daha 22 küçənin asfaltlanmasına start verilib. Həmçinin 12 küçədə abadlıq işləri aparılacaq. 

Masallı şəhər nümayəndəliyin məsul işçisi Mahir Ağayevdən aldığımız məlumata görə, təmir olunacaq küçələr sırasında Qarabağ və Elşən Əhədov küçələrini birləşdirən Həsən Əliyev, Nizami Gəncəvi, Səməd Mehmandarov, Z. Yaqub, Yusif Məmmədəliyev, Abbas Səhər küçələriTəbriz küçəsindəki döngələr asfaltlanacaq.

Şəhid adını daşıyan küçələr

Cənub.az-a verilən məlumata görə Masallı şəhərinin mərkəzində 6 küçəyə Qarabağ savaşında şəhid olan 6 qəhrəmanımızın adı verilmişdir.

1. R. Abbasov küçəsinə birləşən küçə (Masallı şəhər 5 saylı tam orta məktəbinin yanındakı küçə)  Şəhid Həsənov Sübhan Rauf oğlunun

2. Z. Əliyeva küçəsinə birləşən küçə Şəhid Nefesov Murad Ocaqdurdu oğlunun

3. Digah küçəsinə Şəhid İbadov Cavad Sabir oğlunun

4. Bakı prospekti ilə Şərəfə yoluna gedən yol Şəhid Seyfullayev Araz Elsevər oğlunun

5. Qurtuluş küçəsindən Asma Dəmir Körpüyə qədər olan yola Şəhid Hadiyev Vüsal Balarəzi oğlunun

6. Azərbaycan küçəsinin bir hissəsinə Şəhid İntiqam Əsgərlinin (Qarabağ küçəsi ilə H. Əliyev prospektini birləşdirən, keçmiş S. Məmmədov küçəsi) adını daşıyan küçələr həmin küçələrin sırasındadır.

Asfaltlanma işləri təxminən bu il iyunun sonuna kimi davam edəcək.

Təmir və abadlıq işləri aparılacaq 12 küçə barəsində isə əlavə məlumat verəcəyik.

Cenub.az. Faiq Hüseynzadə






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10