Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zirəddin Rzayev Azərbaycanla bağlı qorxunc proqnozunu AÇIQLADI


Zirəddin Rzayev Azərbaycanla bağlı qorxunc proqnozunu AÇIQLADI Azərbaycanlı ekstrasens Zirəddin Rzayev koronavirus pandemiyası ilə bağlı növbəti proqnozunu verib.

Cenub.az xəbər verir ki, o, Baku TV-yə açıqlamasında pandemiyanın Azərbaycan ərazisində təsirinin nə vaxt azalacağını bildirib:
“Əvvəl demişdim ki, yayın sonu, payızın əvvəlləri bu virus bitməlidir. Doğrudan da həmin vaxt virus azaldı. Moskvadan Azərbaycana gəlmiş həkimlər Rusiyaya geri qayıtdı. Bu virusun hələ ilyarım, iki il davam edəcəyini görürəm. Bu virus o qədər də qorxulu deyil. Zamanında tədbirlər görülsə, iyun-iyul aylarında virus Azərbaycanda minimum həddə çatacaq”.

O həmçinin bildirib ki, 2020-2021-ci illər Azərbaycanda təbii fəlakətlər üzrə aktiv dönəmdir.

Zirəddin Rzayevin sözlərinə görə, bu illərdə ölkəmizdə sürüşmələr, zəlzələlər və su daşqınlarının olması gözlənilir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10