Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının ən məşhur “Kərpic kəsən kişi”sinin bu gün ad günüdür.


Yaşı 65-i haqlasa da, heç vaxt “6-5” vuranları bağışlamayıb

Çoxlarının “Kərpic Fəxrəddin” kimi tanıdığı  Fəxrəddin Baxşıyevin bu gün 65 yaşı tamam olur. 30 ildən artıqdır ki, sahibkarlıq aləmində ÖZÜNƏMƏXSUSLUĞUNU qoruyan, atmacası da, tərifi də, bəzən qəzəbi də həddində olan bu insan zaman-zaman, pillə-pilə yüksəlsə də, əsil dostlarına diqqəti həmişə yerində olub. “Kürə”dən “Dəryaya” qədər maraqlı həyat yolu keçən, arabir sağdan - soldan gələn “dalğalara” məruz qalsa da, daim AYAQÜSTƏ,  ŞAX dayanmağı, ən gərgin anlarda vəziyyəti düzgün qiymətləndirməyi, bəzən kimsənin bacarmadığı müşkülləri həll etməyi bacarıb. Bu gün də öz ampulasındadır. Düzdür, çox arzularına yetişib. Gün o gün olsun ki, böyük istəklə və həvəslə tikdiyi QALA-EVDƏ də ürək dolusu ömür sürsün, 65 yaşında, vəzifəsindən asılı olmayaraq, istənilən “6-5”  vuranlara sözün deməyə özündə cəsarət tapsın.

Təbriklər. Vaxti ilə “qazın canı harada çıxırdısa” bu gün kərpiclər o çıxan “can”lara RUH versin.

“Mehriban düşmənlər”adından.

Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10