Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Europol” ən böyük əməliyyatını keçirib - 800-dən çox şəxs həbs edilib


“Europol” ən böyük əməliyyatını keçirib - 800-dən çox şəxs həbs edilib

“Europol” beynəlxalq əməliyyat çərçivəsində 800-dən çox cinayətkarı nəzarətə götürüb.

   Cenub.az
xəbər verir ki, ABŞ Federal Təhqiqat Bürosu (FTB), Hollandiya Milli Polisi (Politie) və İsveç Polis Agentliyi (Polisen), “Europol”-un dəstəklədiyi ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) ilə birlikdə 16 ölkədə ən böyük antikriminal əməliyyat keçirib.

Bu barədə “Europol” səhifəsində məlumat verilib.

Əməliyyat “OTF Greenlight / Trojan Shield” adlanır.

Reydlər nəticəsində 800-dən çox adamın həbs olunduğu və 40 tondan çox narkotik maddənin (8 tondan çox kokain, 22 ton kannabis və kannabis qatranı, 2 ton sintetik narkotik, 6 ton narkotik maddə) ələ keçirildiyi qeyd edilib. Həmçinin, 250 silah, 55 lüks avtomobil və müxtəlif dünya valyutaları və kriptovalyutalarında 48 milyon dollardan çox vəsait müsadirə olunub.

Beynəlxalq koalisiyada Avstraliya, Avstriya, Kanada, Danimarka, Estoniya, Finlandiya, Almaniya, Macarıstan, Litva, Yeni Zelandiya, Hollandiya, Norveç, İsveç, Böyük Britaniya və ABŞ iştirak edib.

Qeyd edək ki, dekabr ayında Fransa və Avstriyadakı bir sıra terror hücumlarından sonra Avropa Komissiyası terrorizmlə mübarizə planı hazırlayıb. Təkliflər arasında terrorizmə qarşı mübarizə Yaxın Şərq, Şimali Afrika, Qərbi Balkanlar və Qafqaz ölkələri ilə məlumat mübadiləsi üçün maliyyə-kəşfiyyat şəbəkəsinin yaradılması, məlumat mübadiləsi və hüquq-mühafizə orqanlarının əməkdaşlığının yaxşılaşdırılması və s. var





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10