Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu il məktəblərdə “Son zəng” keçiriləcək - RƏSMİ



Yaxın günlərdə şərtlər elan ediləcək
 
"Bu il “Son zəng” tədbirləri məktəblərdə təşkil olunacaq".
 
AYNA xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
 
   Onun sözlərinə görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilmişdi və müsbət cavab gəldi: "Yaxın günlərdə şərtlər elan ediləcək. Əslində şərtlər çox sadədir. Tədbir açıq havada keçiriləcək və müəyyən say məhdudiyyəti tətbiq olunacaq. Yəqin ki, 100-dən çox məzunu olan məktəblərdə bir neçə hissədən ibarət "Son zəng" tədbirlərinin keçirilməsi planlaşdırılır. Təbii ki, sosial məsafəyə riayət olunması tələb olunacaq"





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10