Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ruslar getsə, Qarabağda bir erməni belə qalmayacaq” – Petrosyan


“Rus sülhməramlılar Dağlıq Qarabağı tərk etsələr, orada erməni qalmayacaq”.

Bu barədə Ermənistanın sabiq Prezidenti, “Erməni milli konqresi” partiyasının lideri Levon Ter-Petrosyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Ruslar çıxsa, Qarabağda bir nəfər də olsun qarabağlı erməni qalmayacaq”, – deyə Ter-Petrosyan əlavə edib.
O qeyd edib ki, nədənsə insanların 95 faizi 5 il ərzində rus sülhməramlılarının Qarabağı tərk edəcəyinə inanır: “Ancaq belə bir şey yoxdur”.

Petrosyanın sözlərinə görə, bəyanatda rus hərbçilərin qalma müddətinin uzadılması ehtimalının göstərilməsi boş yerə deyil, onlar getməyə hazırlaşmırlar.

“Sonradan əllərini yuyub getsinlər deyə gəlməyiblər. Razılaşmada hər şey qeyd olunub”, – deyə Ter-Petrosyan bildirib.

Ermənistanın keçmiş Prezidenti Rusiya ilə nəqliyyat dəhlizinin açılmasının vacibliyini də vurğulayıb.
Petrosyan tərəflərin “nəqliyyat dəhlizi” sözlərini özünəməxsus şəkildə başa düşdüyünü qeyd edib: “Azərbaycan Naxçıvana, Ermənistan Rusiyaya dəhlizlə çıxış əldə etməyə çalışır. Nəyi izah etmək lazımdır? Ermənistan üçün Rusiya ilə etibarlı bir yolun olması vacib deyilmi? Gürcüstanla yolların vəziyyətini bilirsiniz və Azərbaycan yolları bizim üçün bağlıdır. Əgər belə bir fürsət yaradılırsa, Ermənistan üçün əla bir əlaqə olacaq”.

Oxumağa dəyər:   ABŞ dövlət katibinin müavini Yerevanda Qarabağ məsələsini müzakirə edib

Xatırladaq ki, Levon Ter-Petrosyan iyunun 20-də keçiriləcək erkən parlament seçkilərində iştirak edəcək.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10