“Ermənistanda erkən seçkilər gününə qədər Azərbaycana qarşı təxribatlar davam edəcək. Ermənilər, daha doğrusu, ermənilərin əli ilə Azərbaycanda təxribat törətmək istəyənlər var. Bunlardan birincisi Rusiyadır”.
Bu fikirləri Reyting.az-a sabiq nazir müavini, politoloq Cümşüd Nuriyev Ermənistan və regionda baş verən prosesləri təsnifatlaşdırarkən deyib.
C. Nuriyevin fikrincə, Rusiya Paşinyanın hakimiyyətdə qalmasını istəmir, çünki Paşinyan Rusiyanın maraqlarına xidmət edən fiqur deyil. Onun sözlərinə görə, bu səbəbdən də ruslar indi Ermənistanda “üç duet”dən istifadə edir: “Söhbət Sarkisyan-Ovanyan, Köçəryan-Daşnaksütyun, Abramyan-Çarukyan duetindən gedir. Bunlar Paşinyanı taxtdan salmaq üçün ortaya atılan kanfiqurasiyalardır”.
C. Nuriyev
C. Nuriyev hesab edir ki, hazırda Ermənistanda ABŞ-ın əsas adamı Levon Ter-Petrosyandır: “Ter-Petrosyan guya kənarda qaldığını göstərsə də, əslində ABŞ-ın təmsilçisidir və Paşinyanın hakimiyyətdə qalmasını istəyir. Qərb birmənalı şəkildə onu dəstəkləyir. Paris də düşünür ki, Paşinyanın əli ilə ATƏT-in Minsk qrupunu “reanimasiya”dan çıxara bilərlər”.
Politoloq əlavə edib ki, Azərbaycanın cənub qonşusunda da erməni sevdası davam edir: “Tehranda ermənilərə küçə adları verilməsi və s. Əslində bütün bu davranışların arxasında həmin dövlətlərin maraqları dayanır. İranı narahat edən əsasən Zəngəzur dəhlizidir”.
C. Nuriyev bildirir ki, erməni tərəfi, daha dəqiqi, Rusiya minalanmış Azərbaycan ərazilərinin xərtəsini Bakıya vermək istəmir: “Baxın, bu müddət ərzində Rusiya sülhməramlıları durduqları ərazidə bir dəfə də minaya düşməyiblər. Amma bu günə qədər bizim hərbçilərimiz, mülki əhalimiz, hətta jurnalsitlərimiz də minaya düşüb. Yəni bütün bunların arxasında xüsusi maraqlar dayanır.
Ermənistan ərazisindən keçib bizim nəzarətimizdə olan torpaqlara mina basdırmaq coğrafi baxımdan da əlverişli deyil. Ola bilsin ki, gecələr rus sülhməramlıları yatdığı zamanı ermənilər ərazilərimizə mina basdırırlar. Bütün bunlar da təsadüfi deyil”.
C. Nuriyev Rusiyanın Azərbaycandan müəyyən istəklərinin olduğunu da gizlətməyib: “Amma bu istəklər Azərbaycanın siyasi maraqlarına uyğun deyil. Ruslar Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmasını istəyir, habelə vahid ittifaq məsələsini arzulayırlar. Yəni həm iqtisadi ittifaq, həm gömrük ittifaqında olmağımızı, sərhədlərimizin birgə qorunması və s. məsələlər rusların marağındadır. Bu isə həm də Azərbaycan-Türkiyə münasibətlərinin pozulmasıdır. Amma bu, həm cənub, həm də şimal qonşumuza lazımdır. Turan ideyası sanki bunları havalandırıb. Ancaq gecdir, artıq qatar gedib. Başa düşməlidirlər ki, hər bir imperiyanın müəyyən müddəti var. Rus imperiyası da çökmək üzrədir, onu saxlaya bilməyəcəklər. Rusiya çökəcək, özü də çox pis formada”.
Reyting.az