Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gizli kasetin güdazına getdi, danışsın deyə dırnaqlarını çıxardılar, ölüm anında nalə çəkdi - Rəşid Behbudovdan 10 tükürpədən fakt


Bu gün SSSRİ Xalq artisti, dünyaca məşhur müğənni Rəşid Behbudovn anım günüdür. Bu münasibətlə onun haqqında ən ağlasığmaz 10 faktı təqdim edirik.

1. Rəşid Behbudov SSRİ-də mikrofonsuz oxuması ilə məşhur idi. Onun məxsus olduğu yüksək səs tembri buna imkan verirdi.

2. “Bəxtiyar” filminə çəkilişləri zamanı Saşa rolunun ifaçısı aktrisa Tamara Çernova süjetiə əsasən, avtomobil sürməli olur. Ancaq bunu yaxşı bacarmır. O, hər dəfə sükan arxasına keçəndə çəkiliş qrupu qorxu keçirir. Maşınla olan epizod başa çatandan sonra Rəşid Behbudov bağ evində çəkiliş qrupuna kabab qonaqlığı verir.

3. Aktrisa Nəcibə Behbudova xanəndənin bacısı olub. Onun oğlu Cəfər Rəşidov uzun illər Moskvada yaşayıb. Çox yaxşı səsi və musiqi təhsili olsa da, deyilənlərə görə bacısının bir neçə dəfə xahiş etməsinə baxmayaraq Rəşid Behbudov ona heç bir köməklik göstərmir. Bunu isə onun Cəfəri qısqanması ilə əlaqələndirirlər. Bakıda istədiyi uğuru qazana bilməyən Cəfər vətəni tərk edərək Moskvaya köçüb orada yaşayır.

4. Qarabağa konsert verməyə gedəndə onun papağı ilə təsbehini oğurlayırlar. Rəşid Behbudov təsbehi oğurlayana bağışladığını bəyan edir, ancaq papağı geri istəyir. Xanəndənin papağı qısa müddətdə tapılaraq özünə qaytarılır. Bu fakt Aqil Abbasın “Dolu” romanında da özü əksini tapıb.

5. Əfsanəvi hind aktyorları Rac Kapur və Nərgis Dattla çox yaxın dost olur. 1989-cu ildə vəfat edən xanəndənin ölümü ilə bağlı bir neçə fərziyə dolaşır. Əsas ehtimal isə onun 1988-ci ildə baş tutan Hindistan səfəri ilə bağlı olur.

6. Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır. Komandasına tərcüməçilik edən hindistanlı şəhərlərin birindən keçən zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir. 1988-1989-cu illərdə Dağlıq Qarabağ problemi başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bundan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Onun səhhətində, xüsusən də böyrəklərində problemlər yaranır.

7. Rəşid Behbudov sonralar xəstəxanada yatanda xanımına deyir ki, kaset məsələsinə görə onu aradan götürəcəklər.

8. Xanəndənin qızı Rəşidə Rəşidin sözlərinə görə xanəndə Qorbaçovdan rus tanklarının Bakıdan çıxarılmasını tələb etdiyi üçün ona güclü təzyiqlər olur. Bundan sonra onun əsəbləri sıradan çıxır. Ona tez-tez sakitləşdiricilər verir, işgəncəyə məruz qoyurlar. Xanəndənin kürəyində qançırlar əmələ gəlir, ayağının iki, sağ əlinin bir dırnağını çıxarmışdılar. Bu faktlar KQB-nin sənədlərində öz əksini tapır.

9. Böyrəklərindəki problemlərlə bağlı Moskvada xəstəxanaya yatırdılır. Ailəsinə əməliyyat olunacağı deyilir. Ailə üzvləri yanına buraxılmayan xanəndə bir neçə saatdan sonra qışqırmağa başlayır, ardınca isə onun ölüm xəbəri gəlir.

10. Müəmmalı ölümdən sonra Moskvada müğənninin ailəsinə bildirirlər ki, “sizin dinə görə meyiti yarmaq olmaz”. Ancaq həyat yoldaşının xahişi ilə onun meyiti Bakıda Tibbi Ekspertiza İnstitutunun əməkdaşları tərəfindən yox, polis işçiləri tərəfindən yarılır. Lazımi sənədləri isə yoxa çıxarırlar.

Kulis az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10