Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Polad Alemdar”ın müridi olduğu təriqətdə Azərbaycandan kim var? - FOTO


       
                               
 


    Xəbər verdiyimiz kimi, “Kurtlar Vadisi” serialının məşhur aktyoru Necati Şaşmazın Türkiyədə məşhur olan Qədiri təriqətinin müridi olduğu haqda məlumatlar yayılıb. Türkiyə mətbuatının məlumatına görə bu barədə aktyorun keçmiş xanımı Nagehan Kaşıkçı iddia irəli sürüb. Onun sözlərinə görə, Necati Şaşmaz özünü imam Mehdi adlandırır.

         KONKRET.az-ın məlumatına görə, o bildirib ki, aktyor təriqət məclislərinə 8 yaşlı oğlunu da aparır və orada yaşlı kişilər oğlunun əlindən öpür, onu vəliəhd adlandırırlar. Nagehan iddia edib ki, sözügedən təriqətin lideri aktyorun atası Abdülkadir Şaşmazdır.
Bəs gündəmə gələn qədiri təriqəti nədir? Hazırda Azərbaycanda da bu təriqətin davamçıları varmı?
Qədiri  sufi yönümlü İslam təriqətidir. Təxminən 12-ci əsrdə Əbdülqadir Geylani tərəfindən qurulub. Rəvayətə görə Əbdülqadir Geylani Xəzər dənizinin şimal qərbində yerləşən Gilana bağlı Neyf kəndindəndir. O, təhsilini dövrün elm və irfan mərkəzi olan Bağdadda alıb. Hədis, fiqh və ədəbiyyat kimi elmlərin arxasınca Əbul-Xeyr Məhəmməd ibn Müslim əd-Dəbbas vasitəsilə təsəvvüf yoluna girib və şeyxinin yeznəsi olub. Bir müddət təfsir, hədis, fiqh və qiraət elmlərindən dərs deyib. Ancaq daha sonra mədrəsədəki tədris vəzifəsindən ayrılaraq inzivaya çəkilib. Rəvayətə görə, iyirmi beş ilə qədər Bağdad və Kərh xarabalıqlarında riyazət və inziva həyatı yaşayıb. Nəhayət Əbu Səid Mübarək tərəfindən ona şeyxlik xirqəsi geyindirilib və xalqın arasına qarışaraq, irşad xidmətinə başlayıb.
Məzhəbin ən tanınmış şeyxləri Bərzanji və Sədati hesab olunur. Deyilənə görə məzhəb daha çox suriyalı ailələr tərəfindən yayılıb.
Hər məzhəbin öz zikri, ədəb və üsulları olduğu kimi, qədiri məzhəbinin də özünəməxsus xüsusiyyətləri var. Qədiri məzhəbinə girmək istəyən şəxs 10 şərti yerinə yetirməlidir. Əvvəlcə tövbə edilir və tövbə edən şəxs zühd, təvəkkül, razılıq, təcrid, təvacjuh, səbr, yoxlama  kimi ayinləri yerinə yetirməlidir. Daha sonra şeyx xüsusi mərasimlə insana hırka və tac geyindirir.
Məzhəbin hazırkı lideri Necati Şaşmazın atası Əbdülqadir Şaşmazdır.
Azərbaycana gəldikdə, hələlik bu təriqətin ölkəmizdə davamçılarının olduğu haqda heç bir məlumat yoxdur.


                                               





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10