
Qazilər idarəsindən cenub.az-a verilən məlumata görə, binada akt zalı, ibadət otağı, işçi otaqları, digər zəruri otaqlar olacaq. Burada hər şey yüksək səviyyədə, müasir standartlara uyğun qurulacaq.
Bina Masallı şəhərinin mərkəzində, keçmiş polis idarəsinin, indi şəhər nümayəndəliyinin, şəhər bələdiyyəsinin və digər təşkilatların yerləşdiyi ərazidə inşa olunacaq.
Xatırladaq ki, hazırda Masallı rayonunda 140 məscid və 60 Mərasim Evi fəaliyyət göstərir.
Cenub.az. Faiq Hüseynzadə