Bu ilin noyabr ayında Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttində yük qatarlarının hərəkətə başlaması nəzərdə tutulub.

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən "Argus" beynəlxalq neft sammitində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
"Regionda daha bir önəmli beynəlxalq layihələr Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləridir. Hazırda "İran Dəmir Yolları" ilə Astara-Astara dəmir yolunun inşası reallaşdırılır. Burada işlərin yaxın vaxtlarda bitməsi planlaşdırılır. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb. Astara çayı üzərindən dəmir yolu körpüsü hazırdır", - deyə C.Qurbanov qeyd edib.