
Doğrudan da əhali onlarla mollaya böyük ehtiram göstərir. Lakin bu yaxınlarda Masallının Xanalion kəndində baş verən bir hadisə məni lap çaş-baş saldı. Belə ki, kəndin çox da imkanlı olmayan bir kişisi rəhmətə getmişdi. Ölünü yerdən götürmək üçün kəndin mollası Hacı Əshaba zəng etdik. Gəlirəm desə də, gəlib çıxmadı. Zənglər dəfələrlə təkrarlandı. Elə gəlirəm dedi, amma gəlmədi. Meyit təxminən 3 saat ortada qaldı. Axır ki, kənd adamlarından biri ona zəng edib yalandan dedi ki, rəhmətə gedən kişinin oğlanları Rusiyadan gəlib, tez gəl. Heç 5-10 dəqiqə keçmədi ki, Hacı Əshab hüzr yerində peyda oldu. Gecikməsinin səbəbini nə qədər təkid etsək də izah edə bilmədi.
Deyirlər ki, hamı dəli olanda mollanın yanına qaçır. İndi biz kimin yanına qaçaq.