Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kremldən Belarusa “siçan-pişik oynamaq olmaz” mesajı


    Kreml Belarus müxalifətinin NEXTA teleqram-kanalının guya rusiyalı milyarder tərtəfindən maliyyələşdirilməsinə dair iddialara sübut tələb edir. Bu iddialar həmin teleqram-kanalın havada “ovlanaraq” həbs edilmiş keçmiş baş redaktoru Roman Protaseviçin Belarus dövlət televiziyasında yayımlanan müsahibəsindən sonra gündəmə gəlib. Protaseviç onun kanalını “Uralda dağ-mədən biznesi ilə məşğul olan rusiyalı oliqarxın” maliyyələşdirdiyini iddia edib. Protaseviçin müsahibəsindən sonra onun “Uralxim” şirkətinin baş direktoru Dmitri Mazepini nəzərdə tutduğu haqda versiyalar irəli sürülüb.
                    
Bloqerin əlbətdə ki, təcridxanada bu müsahibəni əvvəlcədən hazırlanmış ssenari üzrə verdiyinə şübhə yoxdur. Bu baxımdan Rusiyada Protaseviçin iddialarını əslində Minskin Moskvaya qarşı iddiaları kimi qarşılayıblar. Axı daha əvvəl də Belarusdakı etirazları “rusiyalı oliqarxların maliyyələşdirdiyi” haqda Minskdən ittihamlar səslənirdi.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, NEXTA teleqram-kanalının məhz kim tərəfindən maliyyələşdirildiyinə dair dəqiqləşdirməni ya hazırda Minskdə həbsdə olan müxalifətçi Raman Prataseviç, ya da Belarus hökuməti etməlidir. Peskov bunu jurnalistlərdən birinin NEXTA-nın guya “Uralxim” şirkətinin baş direktoru Dmitri Mazepin tərəfindən maliyyələşdirildiyinə dair iddia ilə bağlı sualına cavab verərkən deyib.
                  
      Peskov Mazepin barədə suala cavab olaraq deyib: "Mazepini heç kim, heç nədə ittiham etməyib. Prataseviç Mazepinin adını çəkməyib. Buna görə də o bir təhər bunu izah etməlidir, ya da Belarus tərəfi söhbətin nədən getdiyi barədə izahat verməlidir. Bu məsələdə siçan-pişik oynamaq olmaz. Əgər belə ittihamlar səsləndirilibsə, deməli dəqiqləşdirmə də olmalıdır”.
Mazepinin özü də NEXTA kanalı ilə heç bir əlaqəsinin olmadığını bildirib: "Mən açıq və səmimi şəkildə deyə bilərəm ki, nə mən, nə də mənim şirkətim bu telekanalın maliyyələşdirilməsi ilə məşğul olmayıb, çünki bu mənim mövqeyimə zidd olardı”.
Lakin 2020-ci ilin avqustunda Minskdə davam edən etiraz aksiyaları zamanı Mazepin müxalifəti dəstəkləmiş və hətta Belarusda milli xilas komitəsinin yaradılmasını təklif etmişdi.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10