Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcra başçısının təkcə bir rayonda 3 milyonluq əmlakı var – Siyahı+ Fotolar


Xətainin icra başçısı Rafiq Quliyevin rəhbərlik etdiyi rayon ərazisindəki əmlaklarının siyahısı yayılıb. REPORTYOR.info-nun xəbərinə görə, hələ ki, qarşı tərəf sosial şəbəkələrdə yayılan siyahını təkzib etməyib.

İddialara görə, Rafiq Quliyevin Xətai rayonu ərazisindəki əmlakları aşağıdakılardır:
1. Zığ yolu 5A ünvanında yerləşən “Bazarstore” mağazalar şəbəkəsinə icarəyə verilən obyekt(köhnə Ülvi market)
2. Zığ yolu 1 ünvanında yerləşən “Al market” mağazalar şəbəkəsinə icarəyə verilən obyekt(köhnə Ülvi market)
3. Zığ yolu 51 ünvanında yerləşən “Baku oil” yanacaqdoldurma məntəqəsi(keçmiş hakim petrol)
4. 116 saylı tam orta məktəbin yanında yerləşən 3 mərtəbə villa.
Bu əmlakların ümumi dəyəri 2.5-3 milyon AZN civarında dəyərləndirilir.
Ölkə başçısının sərəncamına görə Bakı şəhərinin rayonlarında icra başçılarının əmək haqqısı 990-1925 AZN arası dəyişir.

Qeyd edək ki, bütün bu siyahını jurnalist Fərid Abdinov yayıb.
            
               
                      
                








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10