Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mina partlayışından sağ çıxan Emin Məmmədov hadisə barədə danışdı - TƏFƏRRÜATLAR/FOTOLAR


    Məlum olduğu kimi, iyunun 4-də Kəlbəcərin Susuzluq kəndi ərazisində minaya düşərək yaralanan AzTV-nin rejissoru Emin Məmmədov xəstəxanadan evə buraxılıb.

E.Məmmədov bu gün xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan həmkarı Sirac Abışovun məzarını ziyarət edib və ailə üzvləri ilə görüşüb. E.Məmmədov hadisənin təfərrüatları barədə bunları bildirib: “Həmin gün maşınımız xarab olduğu üçün çəkilişə getməməliydik. Sonra “KamAZ” markalı sərnişin avtomobili ilə yola düşdük. Üçümüz qabaqda, dörd nəfər isə arxada oturmuşduq. Heç vaxt ağlımıza gəlməzdi ki, yolda tank əleyhinə mina basdırıla bilər. Anidən partlayış baş verdi və maşının arxası darmadağın oldu. Sürücü, digər yoldaşım və mən salamat idik və tez maşından düşüb arxadakı yoldaşlarımıza kömək etmək istədik. Amma Sirac və Məhərrəm maşının arxasında yox idilər. Partlayışın birinci zərbəsi onları meşəyə tərəf atmışdı. Biz maşının benzin bakı partlamamış bir nəfər yoldaşımızı oradan çıxara bildik. Məhərrəm və Siracı isə sonradan tələf olmuş halda tapdıq. Məhərrəm təkərin üstü tərəfdə oturduğu üçün zərbə onu çox parçalamışdı. Çox dəhşətli mənzərə yaşadıq. Bir neçə dəqiqə öncə yeyib-içdiyimiz, deyib-güldüyümüz dostlarımız böyük faciənin qurbanı oldular. Allah onlara qəni-qəni rəhmət eləsin”.
Qeyd edək ki, Emin Məmmədov Abışovlar ailəsini ziyarəti zamanı şəhid operator Sirac Abışovun şəxsi əşyalarını da özü ilə gətirərək təhvil verib.
Allah fədakar həmkarlarımıza rəhmət eləsin!Konkret.az

                                   


                                 


                                 


                               







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10