Birləşmiş Ştatlar Atlantik okeanı sularında üzən iki sirli İran hərbi gəmisini diqqətlə izləyir. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi jurnalistlərə belə deyib. “Biz, əlbətdə ki, onların yerdəyişməsini diqqətlə izləməkdədyik”,-Kirbi bildirib, lakin əlavə şərh verməkdən imtina edib.
Mənbələrin bildirdiyinə görə, İranın Qərb yarımkürəsinə iki hərbi gəmi göndərməsinin məqsədi sirr olaraq qalır, eləcə də gəminin yükünün nədən ibarət olduğu məlum deyil. Qəzet yazır ki, ABŞ tərəfi Venesuela hökumətinin yüksək rütbəli rəsmilərini İran gəmilərini qəbul etməyin “ciddi səhv olacağı” barədə xəbərdar edib. Lakin Birləşmiş Ştatlar kəşfiyyatı gəmilərin hərəkət marşrutunun dəyişə biləcəyini istisna etmir.
Hazırda Atlantik okeanında üzən gəmilərdən biri-“Makran” adlı tanker əvvəllər neft daşımaq üçün istifadə olunsa da indi İnqilab Keşikçiləri Korpusunun sərəncamındadır. Yəni hərbi gəmiyə çevrilib. Peyk fotolarına əsasən gəminin göyərtəsində 7 sürətli döyüş kateri var. “Peykaap” sinfinə daxil olan həmin katerlərin uzunluğu 17.5 metrdir, İnqilab Keşikçiləri Korpusunun hərbi-dəniz qüvvələrinin silahlanmasına daxildir və İran belə katerlərlə tez-tez Hörmüz boğazında ABŞ təyyarədaşıyanlarına qarşı təxribat xarakterli həmlələr edir, Fars körfəzində Amerika gəmilərini izləyir.
“Peykaap” tipli katerlər gəmilər əleyhinə iki raketlə və 12.75 dyüm kalibrli iki torpedo ilə silahlanıb. Hərçənd onların mənzili elə də böyük deyil, cəmi 18 dəniz milidir. “Makran” İran hərbi donanmasının ən iri hərbi gəmisidir və kiçik qayıqlar, təyyarələr üçün mobil dəniz bazası şəklində layihələndirilib. Dünyanın istənilən nöqtəsində işləyə bilər. Gəmi çoxsaylı şəxsi heyət, qayıqlar da daxil olmaqla göyərtəsində və anbarında əlavə yüklər də daşıyır.
Belə narahatlıqlar var ki, İran həmin gəmilərlə Venesuelaya balistik raketlər və onlara aid texnologiyalar daşıya bilər. Göyərtənin bir hissəsi qapalı olduğu üçün peykdən gəminin daşıdığı yük haqda tam məlumat əldə etmək mümkün olmur. Venesuela diktatoru Nikolas Maduro artıq İrandan silah aldıqlarını açıqlayıb, eləcə də məlumatlar var ki, İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlıları Venesuela xüsusi təyinatlılarına təlim keçi
İran Hərbi Dəniz Qüvvələrinin iki gəmisi bu günlərdə Atlantik okeanı sularına daxil olub və okeanın qərb sahillərinə doğru üzməkdədir. Gəmilərin marşrutu açıqlanmır. Mayın 29-da “Politico” nəşri yazıb ki, ABŞ vəzifəli şəxsləri iki İran gəmisinin dəqiq təyinat nöqtəsi barədə məlumata malik deyillər, amma ehtimal edirlər ki, onlar Venesuealaya gedir.
Mənbələrin bildirdiyinə görə, İranın Qərb yarımkürəsinə iki hərbi gəmi göndərməsinin məqsədi sirr olaraq qalır, eləcə də gəminin yükünün nədən ibarət olduğu məlum deyil. Qəzet yazır ki, ABŞ tərəfi Venesuela hökumətinin yüksək rütbəli rəsmilərini İran gəmilərini qəbul etməyin “ciddi səhv olacağı” barədə xəbərdar edib. Lakin Birləşmiş Ştatlar kəşfiyyatı gəmilərin hərəkət marşrutunun dəyişə biləcəyini istisna etmir.
ABŞ mətbuatı yazır ki, Bayden administrasiyası İranın Qərb yarımkürəsinə hərbi gəmilər göndərməsini “təxribat” hesab edir. Bildirilir ki, bu hərəkət Bayden administrasiyasına güc nümayiş etdirməkdir. İran çoxdandır öz donanmasını Atlantik okeanında yerləşdirəcəyi barədə xəbərdarlıq edirdi.