“TikTok” yeni bir qərarla istifadəçilərinin biometrik məlumatlarını toplamağa başlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, gizlilik siyasətini yeniləyən şirkət istifadəçilərin biometrik məlumatlarını toplamaq üçün məlumatlar tətbiq tərəfindən saxlanacaq və istifadəçiləri tanımaq üçün istifadə olunacaq. Saxlanılan məlumatlar arasında istifadəçilərin üz və səsi olacaq. Sosial media tətbiqi təhlükəsizliyi təmin etmədiyinə və istifadəçilərin məlumatlarını Çin hökumətinə verdiyinə görə tənqid olunur.
Qeyd edək ki, “TikTok”un bir milyarddan çox istifadəçisi var.
Digər bir sosial media platforması “Facebook”a qarşı isə iki istintaq başladılıb. Sosial media nəhənginin reklam bazarında üstünlük təmin etdiyi və sahib olduğu istifadəçi məlumatları sayəsində haqsız rəqabətə səbəb olduğu iddia edilir. Avropa İttifaqı (Aİ) və İngiltərə “Facebook”a qarşı istintaq başladıb. Avropa Komissiyası 3 milyard istifadəçisi olan “Facebook” reklam xidmətinin rəqabəti pozub-pozmadığını araşdıracaq.
Margrethe Vestager Avropa Komissiyasının Baş vitse-prezidenti “Facebook”un əlindəki böyük məlumatları ilə müəyyən istehlakçı qruplarını hədəf ala bildiyini söyləyib.