13 hakimin və bütövlükdə orada çalışacaq 70-dək işçinin fəaliyyəti, videokonfransların, təlimlərin və digər tədbirlərin təşkili üçün hər cür şərait yaradılan bu binada rüsumların da elektron qaydada ödənilməsi mümkün olacaq.
Cenub.az saytında bu gün səhər saatlarında xəbər verdiyimiz kimi Masallıda açılışı olmuş Məhkəmə kompleksi barədə məlumat vermişdik. Və vəd etmişdik ki, bu barədə detalları da sizə çatdıracağıq. Vədimizə əməl edərə AZƏRTAC-IN yaydığı məlumatı qısa ixtisarla sizə təqdim edirik
İstifadəyə hazır olan Masallı Məhkəmə Kompleksi iyunun 4-də ictimaiyyətə təqdim olunub. Bu münasibətlə Ədliyyə Nazirliyinin aidiyyəti rəhbər işçilərinin, Milli Məclisin deputatlarının, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, bölgənin hakimlərinin, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanları işçilərinin, vəkillərin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilib, media-tur təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə binanın foyesində ümummilli lider Heydər Əliyevin barelyefi qarşısına gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra bina ilə tanışlıq olub.
Bildirilib ki, Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində ərsəyə gələn Masallı Məhkəmə Kompleksi dövlətimizin başçısının tapşırığı ilə tikilmiş Masallı “ASAN Həyat” kompleksinin və Olimpiya İdman Kompleksinin yerləşdiyi zonada inşa olunub.
Konseptual baxımdan yeni olan, funksionallığı ilə fərqlənən, dörd məhkəməni əhatə edən kompleks ölkəmizdə inşa olunmuş üçüncü məhkəmə kompleksidir. Bu komplekslər "bir qapı" prinsipi ilə fəaliyyət göstərərək ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edir.
Ümumi sahəsi 3700 kvadratmetr olan, iki mərtəbədən və zirzəmi qatından ibarət kompleksdə müasir şərait yaradılıb, qabaqcıl İKT-lər, məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan verən elektron məlumat köşkləri, tabloları və məhkəmə rüsumlarının yerində ödənilməsi məqsədilə ASAN ödəniş terminalı quraşdırılıb. Həmçinin əhalinin həssas təbəqəsi olan əlil vətəndaşların rahat hərəkət etmələri üçün binada bütün zəruri şərait mövcuddur.
Digər müasir məhkəmə binalarında olduğu kimi, bina inzibati və ictimai zonalara bölünür. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. İcra məmurları, dövlət ittihamçıları və vəkillər də ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.
Diqqətə çatdırılıb ki, kompleksdə rayon məhkəməsi ilə yanaşı, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılaraq ötən ildən fəaliyyətə başlamış kommersiya və inzibati məhkəmələr, habelə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən bu bölgəyə aid işlərə yerində baxılacaq. (Yəni cənub bölgısinə daxil olan rayonlar Şirvan Apelyasiya məhkəməsinə getmək zülmündən azad olacaqlar)
Kompleksdə dörd məhkəmə zalında proseslərə müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması üçün "Femida" sistemi quraşdırılıb. İnnovasiyalar və digər avadanlıqlar təchiz olunmaqla yaradılmış müasir şərait bölgənin 1 milyon 700 min sakininin əlçatanlığına və onlara keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə yönəlib.
Binada 13 hakimin və bütövlükdə orada çalışacaq 70-dək işçinin fəaliyyəti, videokonfransların, təlimlərin və digər tədbirlərin təşkili üçün hər cür şərait yaradılıb.
Sonra yeni məhkəmə bina və kompleksinin açılışına və ədliyyə sahəsində innovasiyalara dair video-çarx nümayiş olunub.
Təqdimat zamanı bildirilib ki, “Elektron məhkəmə” vasitəsilə məhkəmə prosesində video-əlaqə ilə iştirak imkanı yaradılaraq karantin rejimində məhkəmə işlərinə onlayn qaydada baxılması mümkün olub. E-məhkəmənin tətbiqi ilə digər orqanlarla inteqrasiya hesabına sənədlər ani vaxt rejimində əldə edilir. “Mobil məhkəmə” tətbiqi vasitəsilə isə smartfonla məhkəməyə elektron müraciət etmək, sənədlər və qərarlarla məhkəməyə gəlmədən tanış olmaq mümkündür.
Eyni zamanda, “Elektron icra” sisteminin tətbiqi məhkəmə qərarlarının icrasının səmərəsini artırıb, bu sistem də zəruri sənədləri müxtəlif orqanlardan dərhal onlayn qaydada almağa imkan verib. Hamı üçün əlçatan olan ümumi ödəniş terminalları və elektron ədliyyə köşkü vasitəsilə borcu ödəmək mümkündür ki, bu zaman hətta borca görə ölkəni tərk etmək qadağası dərhal, avtomatik aradan qaldırılır.
Məlumat verilib ki, hazırda istifadəçilərinin sayı 115 minə yaxın “Mobil notariat” da təkmilləşdirilərək məhkəmədə təmsilçilik üçün vəkilə verilən, habelə nəqliyyat vasitələrinə dair etibarnamələrin, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün müvafiq razılıq və digər sənədlərin notariata getmədən, mobil telefonla rəsmiləşdirilməsi mümkündür.
Banklarda notariat xidmətlərinə ehtiyac duyulduqda bu hərəkətlərin dərhal yerində video-əlaqə vasitəsilə rəsmiləşdirilməsi imkanı yaradılıb. Eyni xidmətlər, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan böyük sosial əhəmiyyətə malik “DOST mərkəzləri”ndə də göstərilir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hakimlər, Milli Məclisin deputatları Musa Qasımlı və Anar İsgəndərov, ictimaiyyətin nümayəndələri və digər çıxış edənlər müasir məhkəmə binalarının istifadəyə verilməsinin məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla məhkəmələrin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsinə, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının, bu sahədə şəffaflığın artırılmasına xidmət etdiyini bildirib, regionların hərtərəfli tərəqqisinə, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin inkişafına göstərdiyi xüsusi qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Cenub.az