Yardımlı rayonunda Millət vəkili seçilmiş , professor Musa Qasımlının bacısı qızı Xalidə Rzayevanın öldüyü qəzanın bəzi təfərrüatları məlum olub.

Qubadlı Daxil olan məlumata görə, Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyev idarə etdiyi "Mercedes” markalı avtomobillə törətdiyi qəza zamanı 4 piyada vurulub. Vurulan 2 qadın hadisə yerindəcə keçinib, 2 kişi isə ağır bədən xəsarətləri alıb.
Hadisə şahidlərinin sözlərinə görə, vəfat edən Xalidə Rzayeva və Sahibə Səfərli qəza zamanı maşının altında qalıb. Avtomobil onları 70-80 metr sürüyüb.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Qadınları xilas etmək mümkün olmasa da, vurulan digər 2 piyada xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Millət vəkilinin bacısı qızı X.Rzayevanın 52 yaşı varmış. O işdən evə dönərkən belə bədbəxt hadisəylə üzləşib.
Qeyd edək ki, hadisə oktyabrın 8-də saat 20 radələrində qeydə alınıb.
Sumqayıt ŞPİ tərəfindən faktla bağlı araşdırma aparılır
BakuPost.az