Heç bilirsiniz ki, şiddətə məruz qalan uşaqlar kimlərdir?
Valideynləri tərəfindən atılmış, küçələrdə yaşamağa məcbur olmuş, yaxud ata-anası həbsdə olan, kiçik yaşlarından təcavüzlə üzləşən, dilənçiliyə məcburt edilən… uşaqlar
Valideynləri tərəfindən atılmış, küçələrdə yaşamağa məcbur olmuş, yaxud ata-anası həbsdə olan, kiçik yaşlarından təcavüzlə üzləşən, dilənçiliyə məcburt edilən… uşaqlar
Bu günlərdə Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinin 30-a yaxın sakini, daha dəqiq desək, şiddətə məruz qalmış sakinləri Masallıdakı Masalılı Park Restoranda qonaq olub. Xatirladaq ki, Həmin sığınacağın rəhbəri, Respublika Uşaq Birliyinin sədri Kəmalə Ağayeva, dəstəkçisi isə həmişə xeyirxah əməlləri ilə masallıların yanında olan, Güvən xeyriyyə təşkilatının sədri, bu tədbirin də dəstəkçisi Nigar xanım Bayramlıdır.
Masallıda isə təşkilatı işlərə rayondakı “Ümidim sənsən” İctimai Birliyinin sədri Fidan Abbaslı rəhbərlik edirdi.
Yuxarıda qeyd etdiyimiz kimi bu həssas qrupa daxil olan uşaqlar Masallıdakı istirahət mərkəzində olduqca yadda qalan bir gün keçirtdilər.
Uşaqlar üçün burada gözəl ziyafət məclisi təşkil olundu, onlara hədiyyələr verildi, uşaqlar əyləncə qurğularının əsil mənada dadını çıxartdılar.
Sonda onu da xatırladaq ki, 2010-cu ildə yaranan Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində 24 saat ərzində fəaliyyət göstərən Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə insan alverinin, məişət zorakılığının qurbanı olan baxımsız uşaqlar
hər cür qayğı ilə təmin olunmuşlar.
Həmin tədbirdə görüşün təşkilatçılarından aldığımız müsahibələri sizə təqdim edirik: