Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Əxlaqsızlıq etmək üçün Moskvaya getmək lazım deyil, elə burda da...“



   Artıq bir ildən çoxdur koronovirus infeksiyasının qarşısının alınması məqsədilə ölkəmizdə toyların keçirilməsinə qadağa qoyulub. Buna görə də şou-biznes nümayəndələri işsiz qalıblar.
Lakin müğənnilərin bir qismi işsiz qalmağın çarəsini tapıblar. Belə ki, onlar Rusiyaya üz tutublar. Toy üçün Moskvaya köçən sənətçilər arasında Şəbnəm Tovuzlu, Fədayə Laçın, Xəyyam Nisanov, Nadir Qafarzadə, Ayan Babakişiyeva, Mətanət İsgəndərli, Kərim Abbasov və başqaları var.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış şairə, teleaparıcı Nazilə Səfərli burada heç bir qəbahət görmədiyini deyib.
O, özünün də Rusiyadakı xınayaxdılardan birinə dəvət aldığını açıqlayıb:
“Bu ayın 24-nə Rusiyaya xına dəvəti almışam. Artıq biletimi də alıblar. Mən də gedəcəyəm, dəvət olunandan sonra niyə getməyim? Amma gedib orada ev tutub qalmayacağam, getdiyim toyda iştirak edib, Rusiyadakı qohum-əqrəbamı görüb geri qayıdacağam. Moskvaya, İsrailə, Dubaya toya getmək qəbahət  deyil. Hələ bizim minnətimiz olsun! Xalqımız sevir ki, çağırır, sən də gedib iştirak edirsən. Ömrü boyu Azərbaycanın pullu müğənniləri öz yüklərini oradan tutublar. Rusiyada çox gözəl həmyerlilərimiz, dəyərli insanlarımız var. Ora meqapolisdir, lakin həmyerlilərimiz orada da adət-ənənəmizi yaşadırlar. Məsələn, biz Azərbaycanda toya gedirik, neçəyə danışmısansa, onu alıb çıxırsan, o da pulun kəsilməsə. Amma Rusiyada danışdığından əlavə sənə şabaş da verirlər, qədim adətlər hamısı orada yaşayır. Ona görə də ora gedən əlidolu, yüklü qayıdır”.
N.Səfərli son vaxtlar gündəm mövzusuna çevrilən bəzi xanım ifaçıların Rusiyada əxlaqsızlıq etməkdə ittiham olunmasına da münasibət bildirib:
“Son vaxtlar “qlobal problem”ə çevrilən əxlaq məsələsinə qalanda isə onu deyə bilərəm ki, əxlaqsızlıq üçün Moskvaya getmək lazım deyil. Əxlaqsız harda olsa, elə əxlaqsızdır. Bunun üçün mütləq Moskvaya uçmağa gərək yoxdur. Tərbiyəsiz elə tərbiyəsizdir, vəssalam! Hər kəs özünü qorumalıdır. Ölkədən çıxanda sən artıq Azərbaycan olmalısan, Nazilə olmalı deyilsən. Çünki bu zaman sən artıq bütün xalqın, elin adından özünü qorumalısan”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10