Ölkənin cənub bölgəsi olan Cəlilabad rayonunda baş verən qanunsuzluqlardan biri də örüş təyinatlı torpaqların müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt edilərək əkilməsidir.
Məlumatda bildirilir ki, sakinlərin aidiyyatı qurumlara haqlı şikayətindən sonra məsələ ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmaya başlanılıb.
Əməkdaşımız örüş sahələrini qanusuz zəbt edərək həmin sahələrdə taxıl əkib-becərən şəxslərin bir neçəsinin adını müəyyən edib. Belə ki, aşağıda adlarını qeyd etdiyimiz şəxslər rayonun Maşlıq kəndinə məxsus örüş sahələrini illərdir qanunsuz əkib-becərirlər. Hansı ki, həmin torpaq sahələrində əkin işləri aparmaq qanunsuzdur.
Allahverdi Həsənov , Turan Həsənov, Əyyar Babayev adlı bu şəxslər qohum olduqları üçün birlikdə 100 hektar örüş sahəsi zəbt ediblər. Hansı ki, onların müqavilələri dövlət qeydiyyatından keçməyib.
Bundan başqa Həmzəxan Məhərrəmov 27, Alxas Ağayev 40, Səfixan Fətəliyev 78, Vahid Əliyev 100, İsrafil Nəsirov 20, Xudu Həsənov 5, Fariz Nəsirov 75, Vaqif Teymurov 25, Mirməhəmməd Kazımov 25, Eldəniz Novruzov 100 hektar örüş sahəsi zəbt edib.
Bildirilir ki, örüş təyinatlı torpaqların müqavilə müddəti 10-15 il olduğu üçün onların müqavilə müddəti bitib. Bundan sonra sənədləri saxtalaşdıraraq qanunsuz olaraq həmin torpaqların müqavilə müddəti 90 il müddətinə uzadılıb.
Adı çəkilən inzibati ərazinin 10 minə yaxın əhalisi var, amma adlarını qeyd etdiyimiz şəxslərdən başqa heç kim o torpaqlardan istifadə edə bilmir. Vətən savaşı zamanı kənd üç nəfər şəhid verib. Kəndin şəhid ailələri, qaziləri bildiriblər ki, onlar bu qanunsuzluqla barışmayacaqlar. Bu gün vətən uğrunda canından keçən şəhidin ailəsi bir sot torpaqla təmin edilmirsə, onda necə olur illərdir bu şəxslər hektarlarla torpaqları qanunsuz zəbt edib əkin işləri aparırlar?
Məsələ ilə bağlı artıq Cəlilabad Rayon Prokurorluğunda araşdırma başladılıb. Torpaqları zəbt edən şəxslərin əksəriyyəti prokurorluğa dəvət edilərək izahatları alınıb. Ümid edirik ki, prokurorluq məsələylə bağlı çox ciddi tədbir görəcək. Çox güman ki, bu il həmin şəxslərin örüş sahələrində əkin işləri aparılmasına icazə verilməyəcək.
Mövzu diqqətimizdədir...
Moderator.az