Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Uşaq doğan 15 yaşlı qız kiminlə evli olub? - NƏNƏSİ AÇIQLADI


Ağcabədi rayonunda 15 yaşlı yeniyetmə qızın uşaq dünyaya gətirməsi barədə xəbər vermişdik.

Lent.az hadisə ilə bağlı maraqlı faktlar əldə edib. Araşdırmalarımız nəticəsində məlum oldu ki, sözügedən qız 23 yaşlı xalası oğlu ilə qeyri-rəsmi evli olub. Onlar dini kəbin əsasında ər-arvad kimi yaşayıblar.

Lent.az uşaq dünyaya gətirən yeniyetmə qızın nənəsi ilə əlaqə yaradıb. Hadisə barədə saytımıza danışan qızın ata nənəsi Şərəf Hüseynova bildirib ki, nəvəsi xalası oğlu ilə sözlü olub: 
“Onların evlənməsi üçün hər iki ailə gözləyirdi. Ancaq sonradan oğlanın anası dünyasını dəyişdi. Onlara bir çay verən yox idi. Ümumiyyətlə evdə bir qadın yox idi. Nəvəm də xalasıgilə tez-tez gedib-gəlirdi. Sonra özü dedi ki, onları bu vəziyyətdə qoymaq istəmir və getdi qayıtmadı. Beləcə nəvəm xalası oğlu ilə bir evdə yaşamağa başladılar.

Onu da deyim ki, nəvəmin hamilə olduğunu biləndən sonra həkimə aparmağa qorxdum. Axı necə gedib deyərdim ki, 15 yaşlı qız hamilədir. Sonradan isə başqa çarəmiz olmadı və sənədləri verəndə azyaşlı olduğu müəyyən olundu”. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, hadisə ilə bağlı Rayon Mərkəzi Xəstəxanasından Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Faktla bağlı RPŞ-nin əməkdaşları tərəfindən ilkin araşdırma tədbirləri başlanılıb.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10