Uşaqların Beynəlxalq Müdafisə Günü ərəfəsində Masallının 13 şəhid balası “Ümim sənsən”in təşəbbüsü ilə bir məkana toplaşdı Bəzi şəhidlər həyatda bir-birini tanımasalar da, burada onların balaları bir-birinə qucaq açdı. Burada dünyaya 2 ay öncə gələn şəhid balası da var idi. Bu uşaqların bir çoxu heç atasını görməyib, heç “şəhid” sözünün mənasını da bilmir və o şəhidlərin bəzisinə balalarının üzünü görmək belə qismət olmadı – çünki övladları ana bətnində olanda həmin şəhidlər dünyalarını dəyişdilər.Tədbirdə nəzərdə tutuldu ki, belə tədbirlər ən azı rübdə bir dəfə keçirilsin. Tədbirdən hazırlanmış foto sessiyanın Fidan Abbaslının təqdimatında sizə təqdim edirik:














