Rüşvətdə ittiham olunan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərova ilə bağlı araşdırmalar bitməyib. Direktor barəsində Abşeron Rayon Təhsil Şöbəsinə daxil olan şikayətlər hələki araşdırılır.
Bu barədə Bizim.Media-ya məlumat verən Abşeron Rayon Təhsil Şöbəsinin rəsmisi Aysel Tahirova məktəb direktorunun işdən çıxarıldığını, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədliyə isə töhmət verildiyini təsdiqləyib.
Qeyd edək ki, adıçəkilən direktorun bir nəfərdən deyil, təxminən 30-ya yaxın şəxsdən təxminən 2-7 min manat arası rüşvət aldığı iddia olunur. İlkin istintaqda direktor barəsində bir nəfərin ittiham faktına görə cinayət işi açılıb. Abşeron Rayon Polis Şöbəsinə daxil olan 60-a yaxın müraciətin araşdırılması isə davam edir. Digər faktlar da təsdiqini tapsa, direktorun cəzası artırıla bilər.
Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev saytımıza bildirib ki, direktor barəsində irəli sürən maddələr ağırdır:
“Əgər ittiham təsdiqini tapsa, direktor təqribən 10-12 il azadlıqdan məhrum edilə bilər. Həmçinin həbsdən çıxandan sonra o, bir neçə il vəzifə tutma hüququndan məhrum edilə bilər. Amma əsas söz məhkəmənindir”.
Vəkil əlavə edib ki, direktora irəli sürülən maddədə yer alan tövsifedici – “dəfələrlə”, “külli miqdarda” kimi cəhətlər də cəzanın ağırlığına təsir edir:
Xatırladaq ki, 30 nəfərdən iş düzəltmə adı ilə rüşvət almaqda ittiham olunan Samirə Əkbərova barəsində Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb.
Alçina Amilqızı, Bizim.Media