Qadınlar barədə deyilmiş seksist aforizmləri təqdim edirik
Kulis.az
Plavt: Dediklərinə görə, hər yeri axtarıblar, axtarıblar, ancaq dil-dil ötməyən bir qadına rast gəlinməyib.
Aristotel: Qadınlar təbiətcə əksik yaradılmış məxluqlardır.
Mövlanə: Ağlamaq qadının tələsidir.
Dostoyevski: Qadın hər şeyi görən Allahı belə aldada bilər.
Nitşe: Qadınların yanına gedəndə qırmancı unutma.
Höte: Yaşlananda kişilərin üz cizgiləri dərinləşir, qadınlarınkı isə büzüşür.
Oskar Uayld: Bir qadının üzü güldüyündə bir kişinin cibi ağlayar.
Artur Şopenhauer: Qadınlar həm fiziki, həm də əqli cəhətdən böyük işlər üçün yaradılmayıb.
Tolstoy: Qadınlar kişiləri ovsunlayanda xoşbəxt olurlar.
Ziqmund Freyd: 30 il araşdırmağıma baxmayaraq hələ də tapa bilmədiyim bir sual var: “Qadın nə istəyir?”
Otto Veyninger: Qadınların mənası onların mənasız olmaqlarındadır.
Gi de Mopassan: Biz qadın olsaq, heç nə bilmərik, ancaq təxmin edərik.
Çarlz Bukovski: Yaxşı bir qadının qarşınıza çıxacağına inanmayın. Çünki yaxşı qadın yoxdur.
Con Bayron: Qadınlarda faciəli olan şey həm onlarla, həm də onlarsız yaşaya bilməməkdir.
Balzak: Krallar kimi qadınlar da onlar üçün edilən hər şeyi borc kimi görərlər.
Servantes: Qadının gözəlliyi atəşə bənzəyər, yaxınlaşmasan heç nə olmaz.
Kafka: Qadınlarla edilən savaşa bənzəyər. Sonu yataqda bitən savaş.
Şekspir: Elə bir gözəl qadın yoxdur ki, aynanın qabağına keçib irişmədən dura bilsin.
Aleksandr Düma: Qadınlar sevmədikləri adama heç uf deməzlər.
Tofiq Fikrət: Qadın dəniz kimidir, heç güvənmək olmaz.
Andre Morua: Qadınlar istəsələr doğrudan xəstə olarlar, hətta paxıllıqlarından ölərlər də.