Bir neçə saat öncə aşağıdakı xəbəri paylaşmışdıq.
“Masallıda 15 yaşlı uşaq itirb
Masallı rayonunun Təklə İnzibati Dairəsinə daxil Sığıncaq kəndində anadan olmuş 15 yaşlı Həsənov Fuad Murad oğlu dünən, mayın 28-də, axşam saatlarında Çaxırlı kəndinə müəllim yanına hazırlığa gedəndən sonra ondan soraq olmayıb. Mümkün axtarışlar heç bir nəticə vermir.
Masallı Rayon Polis Şöbəsi olayla bağlı məlumatlandırılıb.
Xatırladaq ki, Fuad ailənin böyük övladı, 3 qardaşdan birincisidir. Atası dənizdə çalışır, anası isə evdar qadındır”.
İtən uşaq necə tapılıb və halı necədir?
İndicə, uşağın yaxın qohumu Xalid Quliyev bizə zəng edərək bildirdi ki, həmin uşaq Sığıncaq kəndindəki əkin sahəsində tapılıb.
Əlavə olaraq Xalid bəy bildirib ki, itmiş uşaq evdən axşamüstü yox, günorta saatlarında çıxıb. Evdən müəllim yanına getsə də, həmin müəllimin bildirdiyinə görə uşaq dünən onun yanına gəlməyib. Bu gün axşam saatlarında isə uşağı hüşsuz vəziyyətədə Sığıncaqdakı əkin sahəsində tapıblar. Həmin Fuad adlı uşaq təcili xəstəxanaya aparılıb və ona sistem vurulub. Hələ ki, onunla danışmaq, axşam harada olduğunu öyrənmək və digır təfərrütlar haqqında məlumat almaq mümkün deyil.
Ehtimal edilir ki, onu gün vurub. Bəzi ehtimallara görə isə, ailədə problem olub, ona görə evdən qaçıb.
Mənbə onu da bildirir ki, uşaq imkanlı ailənin övladıdır və heç bir maddi sıxıntısı yoxdur. O evdən velosepedlə çıxsa da, həmin ərazidə veloseped tapılmayıb.
Olayı diqqətdə saxlayırıq.
Cenub.az. Faiq Hüseynzadə