Lənkəranda minik avtomobilləri toqquşub, ölən var.
Hadisə Bakı-Astara magistralının Lənkəran rayonu Şirinsu kəndindən keçən hissəsində baş verib. Belə ki, “Subaru outback”markalı 99 MC 209 dövlət qeydiyyat nişanlı avtomobilyol kənarında dayanmış vəziyyətdə olan “Mersedes” markalı 10 XP 654 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə “Subaru” yoldan çıxraq aşıb və sürücü, 1964- cü il təvəllüdlü Surəddin Mirzağa oğlu Həmzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qeyd edək ki, sürücü S.Həmzəyev Bakıda yaşasa da Lənkəran rayonunun Ürgə kəndindəndir. O, yaxınlarına dəyməyə gəlirmiş. “Mersedes”in sürücüsü isə hadisə zamanı avtomobildə olmayıb.
Meyid müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspetriza və Patoloji Anatomiya birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Masallı sakini, 1975-ci il təvəllüdlü Zaur Yədulla oğlu Abdullayev qolundan ağır xəsarət alıb.
Z.Abdullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunaraq cərrahiyə şöbəsinə yerləşdirilib. Ailə üzvlərinin dediyinə görə, Zaur Abdullayev yaşadığı evdə mübahisə zəminində əsəbiləşərək, şüşəli çərçivəyə yumruqla zərbə endirib. Nəticədə qol nahiyəsindən dərin kəsik yarası alıb. Bununla belə, onun xəsarətinin bıçaq yarası olması da istisna edilmir.
Hadisənin hansı şəraitdə və necə baş verməsinin təfərrüatı polis araşdırmasından sonra məlum olacaq.
Astara sakini tanışı tərəfindən bıçaqlanıb.
Belə ki, Nuru Paşayev küçəsi 53 ünvanında yaşayan 2003-cü il təvəllüdlü Elmar Sadıx oğlu Məlikzadəyə yaşadığı evin yaxınlığında bıçaqla bir neçə xəsarət yetirilib. Yaralı ailə üzvləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
E.Məlikzadəyə bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası və qarın boşluğunun ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və o, əməliyyat olunub. Vəziyyəti orta ağır qiymətləndirilir.
Xəsarət alan şəxsin yaxınları hadisəni törədən şəxsin kimliyi barədə məlumatsız olduqlarını bildirsələr də, polis əməkdaşları hadisəni törədən şəxsi müəyyən edilib. Məlum olub ki, hadisə tanışlar arasında əvvəllər də baş verən bir neçə mübahisənin nəticəsi olaraq törədilib.
Tanışına bıçaq xəsarətləri yetirən 1997-ci il təvəllüdlü Elçin Vüqar oğlu Hüseynli saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir.
Xəbərlər Report.az-a istinad edilimişdir.