Moskva şəhər məhkəməsi “Meduza” saytının jurnalisti İvan Qolunovun cibinə narkotik atmaqla onu həbs edən polis əməkdaşlarına (həmin vaxt xidmətdə olublar, indi daha polis deyillər) hökm oxuyub. Hökmə əsasən İqor Lyaxovsk 12 il, Maksim Umetbayev 8 il, Roman Feofanov 8 il, Akbar Serqaliyev 8 il, Denis Konovalov 5 il həbs cəzasına məhkum ediliblər.
Məhkəmə habelə keçmiş polisləri xüsusi rütbələrən məhrum edib və həbsdən çıxandan sonra dövlət qulluğunda işləmələrinə qadağa qoyub-azı 5 illik. Məhkəmə jurnalistin onu şərləyib həbs edən polislərə qarşı 5 milyon rubl təzminat iddiasını da tam təmin edib.
İvan Qolunov 2019-cu il iyunun 6-da Moskvada saxlanılıb, polislər onun cibindən və evindən narkotik aşkarlandığını bildiriblər. İki gün sonra məhkəmə jurnalistin barəsində həbs qətimkan tədbiri çıxarıb.Polis sistemindəki korrupsiya barədə araşdırma üzərində işləyən jurnalistin şərlənərək həbs edilməsi geniş ictimai rezonansa səbəb olub və ictimai hiddət o qədər kəskin olub ki, daxili işlər naziri Vladimir Kolokoltsev məsələyə qarışıb.
İyunun 11-də nazir jurnalistə qarşı irəli sürülən ittihamın əsassız olduğunu bildirib və onun barəsində cinayət işi dayandırılıb. Daha sonra Moskva şəhər polis idarəsinin Qolunovun həbsi əməliyyatını təşkil edən əməkdaşları barədə təhqiqat başladılıb. Prezident Vladimir Putin bu qalmaqala görə Moskva polisinin rəisi, general Andrey Puçkovu sistemdən qovub. Məlum olub ki, jurnalistin həbsi əməliyyatına o göstəriş vermişdi. 2020-ci ilin yanvarında bu iş üzrə 5 polis əməkdaşı, o cümlədən şəhər daxili işlər idarəsinin narkotiklərə qarşı mübarizə şöbəsinin rəisi İqor Lyaxovsk həbs edilib.
Virtualaz.org