Bakı Nəqliyyat Agentliyində (BNA) aparılan yoxlama nəticəsində qurumda 7 milyon manatlıq yeyinti aşkarlanması Vüsal Kərimlini dalana dirəyib.
Yenicag.az xəbər verir ki, BNA-nın sədri Vüsal Kərimliyə yoxa çıxarılmış iri həcmdə dövlət vəsaitinin geri qaytarılması üçün verilən bir həftə vaxt bitmək üzrədir.
İddialara görə, Vüsal Kərimli verilən vaxt ərzində yoxa çıxan dövlət vəsaitini yerinə qoymaq üçün çabalar göstərsə də, heç bir nəticə əldə edə bilməyib. Artıq çarəsiz qalan BNA sədri yüksək ranqlı məmurların qapısına getməyə, araya minnətçilər salmağa başlayıb.
Əldə etdiyimiz məlumata görə, onsuzda xeyli vaxtdır yüksək vəzifəli şəxslərin qəbuluna düşə bilməyən, belə desək, “qələmi qırılan” Vüsal Kərimli 7 milyon manatı yerinə qoymasa, böyük ehtimalla bu onun sonu olacaq.
Məlumata görə, yoxlama zamanı qurumun büdcə vəsaitləri hesabına həyata keçirdiyi miqyaslı layihələrin icrası zamanı külli miqdarda mənimsəmələrə yol verilib. Yolların çəkilişi və təmiri çərçivəsində quraşdırılmalı olan və hərəkətin təhlükəsizliyini təmin etməli olan 5 kilometr uzunluğunda xüsusi metal məhəccərlərin çatışmazlığı aşkar olunub. Səkilərin kənarına düzülən bordyur daşları isə sənədləşmədə BNA-nın özünə məxsus materialı kimi rəsmiləşdirilib. Həmçinin səkilərə döşənən tamet örtüyünün altına vurulmalı olan möhkəm beton təbəqənin də yalnız kağız üzərində mövcud olduğu üzə çıxarılıb.
Sadalanan bu faktlar təbii ki, yuxarı dairələri əsəbləşdirib. Onsuzda ictimaiyyət tərəfindən daim tənqid olunan BNA və onun rəhbəri bu addımı ilə özü öz sonunu hazırlamış olub.
Məsələ ondadır ki, Vüsal Kərimli talanan 7 milyonu yerinə qoymasa, həbs təhlükəsi ilə üz-üzə qalacaq.