Bakıda 23 yaşlı qız itkin düşüb. Lent.az xəbər verir ki, 23 yaşlı Olesya Yaqubovanın yaxınları onun yoxa çıxması ilə bağlı elan veriblər.
Bildirilib ki, hüquqşünas olan Olesyanı sonuncu dəfə dünən metronun “28 may” stansiyasının yaxınlığında görüblər.
Gənc qızın itkin düşməsi ilə bağlı polisə də məlumat verilib.