İHB-nin Şəhər üzrə Nümayəndəsi suallarımızı necə cavablandırdı?
Böyük-böyük nöqsanları yazmaqdan daha “qorxuruq” deyə, bu dəfə kiçik nöqsanlardan yazacağıq. “Qorxmağımız” da əbəs deyil. Çünki səsimizə səs verənlər, verməli olanlar həmin yazıların altında “bəyənmə” düyməsini basmağa belə qorxurlar. Nəinki, qorxurlar, belələrinə bir az “maya” qoysalar, hələ üzümüzə durarlar.
Cenub.az bildirir ki, buna görə, hələ ki, balaca nöqsanlardan yazmağa qərar verdik. Həmin balaca nöqsanlardan biri odur ki, şəhərin mərkəzində hasarlara vurulmuş DAŞBƏND deyilən, divar naxışlarının fonunda bərbad gündə olan DARVAZALAR daha eybəcər görünür. Təxminən 10-12 belə eybəcər qapı var.
Keçmişdə HƏMİŞƏBAHAR deyilən bir gül var idi. Yəqin indi də olmamış deyil. Amma indi şəhərin mərkəzində ona oxşar bir məkan var. Keçmiş 1 saylı (əvvəllər prokurorluq, komsomol və s. təşkilatların binası olub) uşaq bağçasının yola tərəf olan hissəsində heç vaxt zibil əskik olmur. Buradakı döngədə sərt olduğu üçün mütləq sürəti azaldıb, həmin zibilliyə tamaşa edib keçməlisən.
Qaldı ki, 3-cü nöqsana. Bu, Heydər Əliyev parkındakı itlərdir. Həmin itlərə elə “demokratik” şərait yaradılıb ki, onlar “azad toplaşmaq” hüququndan istifadə edib, hətta adın çəkməyə qorxduğumuz yerlərin ətrafında da “mitinq” edə bilərlər.
Daha bir nöqsan da var idi, indi alababat sahmanlayıblar. Yəni ki, İcra hakimiyyətinin bir addımlığında olan kanalizasiya turbasının qoxusundan ətrafdakılar 1 ay feyiziyab olandan sonra üstünü bir təhər bağladılar, amma yol kimi hələ də istifadə olunmur.
Bu Balaca nöqsanların gələcək taleyi ilə şəhərimizin BÖYÜKLƏRİNDƏN biri, Masallı İHB-nin Şəhər İnzibati Dairəsi üzrə nümayəndəsi Əbülfəz Nuriyevə müraciət etdik. Ə. Nuriyev cenub.az-ın əməkdaşının suallarını
belə cavablandırdı:
1. Həmin bərbad qapıların hamısı həmin daşbəndə uyğun rənglərlə boyanacaq. Sadəcə həmin rəngi tapmaqda çətinlik çəkirik. Bir də həmin darvazaların sahibləri ilə razılaşmalıyıq.
2. Keçmiş uşaq bağçasının yanından keçən sərt döngə ləğv ediləcək. Müzakirələr aparırıq ki Köhnə bağça binası sökülsün, həmin yol genişləndirilsin, bu ərzidə kiçik istirahət parkı salınsın. Bu layihə reallaşanda həmin zibillərə də orada yer olmayacaq.
Qaldı ki, parkdakı itlərə, bu bir az uzun məsələdir. Yəni, müvafiq qanunlara görə itləri öldürmək olmaz. Hara qovursan, yenə gəlirlər. Yaxın vaxtlarda onları toplayıb, daha uzaq ərazilərə göndərəcəyik.
Həmin kanalizasiya olan yer əvvəldən düzgün hazırlanmayıb. Vətəndaşlar da əllərinə nə keçib həmin kanalizasiyaya tullayıblar. İndi onlar təmizlənib. Amma o istiqamətdə 6 metrəlik böyük boşluq var. Gözləyirik ki, ora tökülən torpaq, qum yatsın, sonra asfaltayıb əvvəlki vəziyyətə çatıracağıq.
Yeri gəlmişkən, xatırladaq ki, yaxın günlərdə şəhərin mərkəzində 22 küçənin asfaltlanmasına başlayacağıq.
Cenub.az. Faiq Hüseynzadə